Yaxın Şərqin ÇƏTİN SINAĞI: ABŞ İsraili tək qoyur? - AÇIQLAMA 

Yaxın Şərqin ÇƏTİN SINAĞI: ABŞ İsraili tək qoyur? - AÇIQLAMA 

ABŞ Prezidenti Co Bayden “CNN”ə müsahibəsində söyləyib ki, İsrail hərbçiləri Qəzzanın cənubundakı Rəfah şəhərində əməliyyata başlayarsa, ABŞ İsrailə silah tədarükünə son qoyacaq.

 

Açıq şəkildə bildirdim ki, əgər onlar Rəfaha girsələr – ki hələ Rəfaha girməyiblər – əgər Rəfaha girsələr, silah tədarük etməyəcəyəm”, – o deyib.

 

Hava hücumundan müdafiə kontekstində danışan dövlət başçısı “Dəmir qübbə” baxımından İsrailin təhlükəsizliyini təmin etməyə davam edəcəklərini vurğulasa da, silah və artilleriya mərmisi verməyəcəklərini diqqətə çatdırıb. Bununla belə, Baydenin fikrincə, İsrail sözügedən münaqişədə qırmızı xətti keçməyib və Rəfahda əməliyyata başlamayıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Vaşinqtonla Təl-Əviv arasında münasibətlər son vaxtlar pisləşir:

 

“Rəsmi Vaşinqtonun Yaxın Şərqlə bağlı hazırkı ritorikası bu dövlətin Şərqi Avropada etdiklərini xatırladır. Belə ki, bir zamanlar Ukraynanın arxasında olduğunu böyük canfəşanlıqla “hayqıran” ABŞ indi ən kritik anda “əlini Kiyevin çiyninə qoyur”. Ümumiyyətlə, bu, Ağ Ev üçün artıq bir növ “işlənmiş kartdır”. ABŞ müxtəlif regionlarda özünün maraqlarını təmin etmək, təsir gücünü artırmaq üçün əvvəlcə proksiləri vasitəsilə “oyun qurur”, sonra da həmin dövlətin arxasından çəkilir. Yeri gəlmişkən, xatırladaq ki, biz bu gün eyni ssenarini Cənubi Qafqazda da görməkdəyik. Xüsusilə Vaşinqton və Paris rəsmi İrəvan vasitəsilə regionda “suları bulandırmağa”, sülh gündəliyini unutdurmağa çalışır”.

 

Müsahibimiz bildirib ki, İsrailin Rəfahda əməliyyata başlaması bir neçə gündür gündəmdədir:

 

“Hətta daha əvvəl bu əməliyyata start verilməsi barədə iddia səslənmişdi. Bəlkə də, artıq əməliyyat başlayıb. Bu əməliyyatlar Yaxın Şərqdə daha ciddi eskalasiya deməkdir. Rəfahda başlanan əməliyyatlar region üçün geri dönüşü olmayan yoldur. Əlbəttə, Qərb də bunu başa düşür. İkinci bir tərəfdən, Yaxın Şərqdəki vəziyyət, o cümlədən Rəfahdakı əməliyyatlarla bağlı Türkiyənin çox konkret mövqeyi var. Perspektivdə Türkiyənin prosesə hərbi müdaxiləsi də istisna deyil. Bunu ABŞ də bilir. Ola bilsin, ABŞ Türkiyə ilə münasibətləri daha çox gərginləşdirməkdən narahatdır. Ona görə ehtiyatlı davranır. Hər halda ABŞ-nin gələcəkdə İsrailə dəstəyi azaltması mümkündür. Bu, həm də daxildəki prezident seçkiləri ilə bağlıdır. Çünki prezident seçkilərinin yaxınlaşdığı bir vaxtda mövcud iqtidarın kifayət qədər maliyyə vəsaitinə ehtiyacı var. Üstəgəl, Ukraynada və digər regionlarda müşahidə olunanlar onu deməyə əsas verir ki, ABŞ eyni “kartı” Yaxın Şərqdə də oynaya bilər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Sirli ev: İnsanlar açarla belə açılmayan qapını müzakirə edirlər

Böyük Britaniyanın Kembricşir əyalətindən olan cütlük tarixi kottecə köçdükdən sonra gözlənilməz bir sirrlə üzləşiblər. Evin qapılarından biri bərk-bərk bağlanı...

Niyə təyyarələrdə ən azı iki pilot olmalıdır?

Təyyarəyə minəndə çoxumuzun diqqət yetirdiyi ilk şeylərdən biri kokpitdə iki pilotun olmasıdır, lakin biz çox vaxt bunun səbəbini soruşmuruq. Biz bu haqda sadəc...

"Şakir Paşa ailesi" izləyicilərinə pis xəbər

Gerçək həyatdan lentə alınan “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı final edəcək.   Sfera.az Türkiyə mətbuatına istinadən x...

Azərbaycan yığması Millətlər Liqasında ikinci oldu

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.   Sfera.az xəbər verir ki, komanda həlledici raundd...