Pakistan prezidenti də Bakıya dəvət olundu

Pakistan prezidenti də Bakıya dəvət olundu

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevlə görüş zamanı Bakıda keçiriləcək COP29-da iştirak etməyə dəvət olunub.

 

Sfera.az xəbər verir ki, Pakistan prezidenti Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik edib və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının inkişaf etməkdə olan ölkələrin iqlimlə bağlı maliyyə ehtiyaclarına dəstək olacağına ümid etdiyini söyləyib.

 

Dövlət başçısı Pakistan-Azərbaycan əlaqələrini yüksək qiymətləndirdiyini və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduqlarını söyləyib. O, iki qardaş ölkə arasında münasibətləri daha da möhkəmləndirmək üçün qarşılıqlı əlaqələri, ikitərəfli mübadilələri və insanlar arasında təmasları təşviq etməyə çağırıb.

 

Muxtar Babayev Pakistan və Azərbaycan arasında ikitərəfli, xüsusilə turizm və mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.

 

Pakistan Prezidenti 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29-da iştirak etməyə dəvət olunub.


OXŞAR XƏBƏRLƏR

"Bizdə keçirilən toyların artıq heç bir müsbət tərəfi yoxdur"

Ölkəmizdə toy mərasimləri xüsusi təmtəraqlı keçirilir. Toy mərasimlərində israfçılığa son qoyulması illərdir müzakirə edilsə də, dəb dəbə hələ də müşahidə olunu...

Millət vəkilindən quru sərhədlərin bağlı qalması ilə bağlı açıqlama

Quru sərhədlərimizin bağlı qalması strateji qərardır, strateji maraqlarımızı təmin etmək məqsədi daşıyır.   Sfera.az xəbər verir ki, bunu APA-ya açıq...

Kazino layihəsi haqda bir neçə kəlmə...

Dünən qaraguruhun, “söyüş müxalifəti”nin “stajlı” üzvlərindən biri (adını çəkib reklam etmək istəmirəm) Milli Məclisin plenar iclasında ...

Problemli kreditlərdən necə xilas ola bilərik?

2025-ci ilin aprelin 1-nə olan statistik göstəricilər Azərbaycanda problemli kreditlərin nominal məbləğində artım olduğunu göstərir. Mərkəzi Bankın məlumatına g...

Astana yaxınlığında təyyarə qəzası:2 ölü var

Astana yaxınlığında yerləşən Jolaman aerodromunun ərazisində təlim uçuşu zamanı TL-2000 yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.   Sfera.az Qaz...

Ukrayna ordusu əks-hücuma keçdi: Bu ərazi azad edildi

Ukrayna ordusu Sum vilayəti istiqamətində əks-hücum əməliyyatlarına başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları mə...