Si Cinpinin Fransa və Serbiya SƏFƏRİ: "Brüssel bundan narahatdır, amma..."

Si Cinpinin Fransa və Serbiya SƏFƏRİ:

“Çin lideri Si Cinpinin Fransa səfərinə müxtəlif rəylər verilir. Bir qrup ekspert səfərin uğurlu keçdiyini və Fransa Prezidenti Emmanuel Makronun Si Cinpinə iki ölkə arasında münasibətlərə xələl gətirəcək fikirlər söyləmədiyini vurğulayıblar”.

 

Bu barədə Sfera.az-a “Atlas” Araşdırmalar Mərkəzindən məlumat verilib.

 

Qeyd olunub ki, Makron Cinpinlə münasibətlərini istiləşdirmək məqsədilə onu Fransanın kurort bölgəsində yerləşən dostunun restoranına şam yeməyinə dəvət edib:

 

“Bəzi ekspertlər hesab edirlər ki, Si Cinpinin Fransaya səfəri Çinin Avropa İttifaqı ölkələri ilə iqtisadi əlaqələrindəki mövcud problemləri həll etməyəcək. Buna misal olaraq Çin liderinin Parisdə Fransa Prezidenti Emmanuel Makron və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə üçtərəfli görüşdə səslənən fikirləri misal çəkiblər. Paris və Brüssel hesab edirlər ki, Çin dövlət investisiyaları hesabına Avropaya ixrac etdiyi məhsulların qiymətini aşağı endirir. Bu da qeyri-bərabər rəqabət yaradır. Ursula fon der Lyayen Avropa İttifaqının mövcud vəziyyətdən narahatlığını açıq şəkildə Si Cinpinin diqqətinə çatdırıb”.

 

Bildirilib ki, Çin lideri Fransadan sonra Serbiyaya keçib:

 

“Serbiya Prezidenti Aleksandr Vuçiç Çin liderini şəxsən hava limanında qarşılayıb. Serbiya və Macarıstan Avropa ölkələri içərisində Çinlə əməkdaşlığa daha çox önəm verən iki dövlətdir. Çin Serbiyada və Macarıstanda yeni istehsal sahələri yaratmaq istəyir. Belqradda Çinlə Serbiya arasında azad ticarət barədə razılaşma əldə edilib. Serbiyanın Çin investisiyalarına ehtiyacı var. Serbiyanın Çinlə yaxınlığı Brüsselin narahatlığına səbəb olub. Çünki Serbiya Avropa İttifaqına üzv olmaq istəyir. Brüsselin isə Çinlə dialoqu rəvan deyil, bir-birlərini tənqid edirlər. Serbiya Avropa İttifaqının üzvü olarsa, Brüsselin qərarlarına riayət etmək məcburiyyətində qalacaq. Misal üçün, Çin Serbiyada ucuz elektromobillər istehsal etmək istəyir. Brüssel bunun əleyhinədir, Avropa İttifaqının bazarının qorunması vacibliyi qənaətindədir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...