"Azərbaycan və Bolqarıstan 2015-ci ildən strateji tərəfdaşdırlar" - Deputat

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü keçirilib. Görüşdə hər iki ölkənin əməkdaşlıqlarının müxtəlif aspektləri müzakirə olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

 

"Azərbaycan ilə Bolqarıstan arasında qarşılıqlı münasibətlər 1992-ci ilin yanvarında Bolqarıstanın Azərbaycanın müstəqilliyini tanımasından sonra başlayıb. İki ölkə arasında əlaqələr illər keçdikcə daha da inkişaf edərək dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ilə daha da gücləndirilib. Belə ki, Azərbaycan dövlət başçısı İlham Əliyev prezidentliyi dövründə Bolqarıstana bir sıra rəsmi və işgüzar səfərlər edib. Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Ötən illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Bu gün Bolqarıstan Respublikasının Prezidentinin Azərbaycana səfəri zamanı imzalanmış sənədlər arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni xüsusilə qeyd etmək lazımdır. Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirilməlidir. İki ölkə arasında son dövrlərə nəzər yetirsək görərik ki, ticarət dövriyyəsi bir neçə dəfə artıb. Buna səbəb isə təbii qaz təchizatı sahəsində Azərbaycan qazının Bolqarıstana ixracını göstərmək olar. Bolqarıstan, eyni zamanda, qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilib. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir. Bolqarıstan hazırda Azərbaycanın ən çox ixrac həyata keçirdiyi ölkələrdən biridir. Eyni zamanda, Azərbaycanda Bolqarıstan investisiyalı kommersiya qurumları sənaye, tikinti, ticarət və xidmət sahələrində aktiv fəaliyyət göstərir”.

 

Deputat qeyd edib ki, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək və Bolqarıstanla da bu istiqamətdə çox fəal işlər aparılacaq.

 

“Enerji tərəfdaşlığı Azərbaycan-Bolqarıstan münasibətlərinin təməli hesab edilir. Bundan başqa, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Bolqarıstanın İnnovasiyalar və İnkişaf Nazirliyi arasında "texnoloji innovasiya sahəsində, eyni zamanda, "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "Asarel Investment" arasında Anlaşma Memorandumu" imzalanıb. Əməkdaşlıq haqqında daha bir sənəd "Azərbaycan Hava Yolları" QSC və "Bulgaria Air" şirkəti arasında imzalanıb.

 

İnanırıq ki, ölkələrimiz arasında münasibətlər bundan sonra daha da inkişaf edəcək. Bu sənədlərin imzalanması, bundan sonra hər iki dövlətin münasibətlərinin güclənməsinə öz töfhəsini verəcək”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...