Deputat saxta araqlardan DANIŞDI: \"Orucludan sonra alıb, acgözcəsinə içib ölmüşdü\"

Deputat saxta araqlardan DANIŞDI: \

“Ölkədə dünyanın bütün əndirabadi adlarında araqlar satılır”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Sabir Rüstəmxanlı deyib.

 

“Amma onlar saxtadır, ölkədə haradasa istehsal edib, üstünə qəribə adlar yapışdırıb, 3 manata satırlar. Az maaşı olanlar gedib alırlar, kütləvi zəhərlənmələr baş verir. Yaxın dostumun birini bu səbəbdən itirmişəm. Ucuz olduğu üçün orucludan sonra alıb, acgözcəsinə içmişdilər. Bu səbəbdən də vəfat etdi. Kim buraxır bunları, lisenziyaları kim verir? Azərbaycanda əgər araq istehsalı bu qədər çoxdursa, niyə dünya bazarına çıxa bilmirik? Vaxtilə “Ağdam” şərabı Rusiyanı zəbt etmişdi. Gedin xaricdə istirahət zonalarına gürcü, erməni içkiləri var, amma Azərbaycanın içkiləri yoxdur. 2024-cü ildə 20 min litr etalon spirti istehsalı nəzərdə tutulub, 2030-da isə bu rəqəm 80 mindir. Bizim əhalimiz bu illərdə 4 dəfə artacaqmı?”

 

Millət vəkili qeyd edib ki, paytaxtdakı köşklər təyinatı üzrə istifadə edilmir:

 

“Vaxtilə məsələ qaldırmışdıq ki, Bakıda mətbuat köşklərinə ehtiyac var. Bu köşklər çox gözəl dizaynlıdır, amma indi onlar sadəcə qəzet satmır, mini market olublar. Bu niyə təyinatı üzrə istifadə olunmur? Xırdavat satmaq üçün Bakı küçələrində qəzet köşklərinin qoyulmasına niyə hamı göz yumur?”.

 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR