Tovuzda 3 nəfər dəm qazından zəhərlədi - biri öldü
![Tovuzda 3 nəfər dəm qazından zəhərlədi - biri öldü](https://sfera.az/photo/orginal/2024/05/19/1716105235_6yttt44.jpg)
12:05 / 19.05.2024
3883
Tovuzda bədbəxt hadisə baş verib.
Sfera.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Kənd sakini 1970-ci il təvəllüdlü Gülşən Əmrahova dəm qazından boğularaq ölüb.
Mərhumun oğlu 2000-ci il təvəllüdlü Əmrahov Əmrah və onun həyat yoldaşı 2004-cü il təvəllüdlü Aysun Əmrahova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.