Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
![Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb](https://sfera.az/photo/orginal/2024/05/19/1716120768_bytt.jpg)
16:27 / 19.05.2024
6498
Tovuzda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Kənd sakini 1970-ci il təvəllüdlü Gülşən Əmrahova dəm qazından boğularaq ölüb.
Mərhumun oğlu 2004-cü il təvəllüdlü Əmrahov Əmrah və onun həyat yoldaşı 2004-cü il təvəllüdlü Aysun Əmrahova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.//Apa