İran prezidentini aparan helikopterin vəziyyətindən dəqiq xəbər yoxdur - YENİLƏNİB-3

İran prezidentini aparan helikopterin vəziyyətindən dəqiq xəbər yoxdur - YENİLƏNİB-3

«Biz hələ də prezidenti aparan helikopterin vəziyyətindən xəbərsizik».

 

Sfera.az xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Mehrlə bildirib.

 

Məlumatda qeyd olunub ki, hələlik vəziyyətlə bağlı ətraflı məlumat yoxdur:

 

“Yaxında vəziyyətlə bağlı ətraflı məlumat veriləcək”.

 

Daxili işlər naziri Əhməd Vahidi isə bildirib ki, onlar xilasetmə qruplarının qəza yerinə getməsini gözləyir:

 

“Hava şəraitinin yaxşı olamaması səbəbi ilə prezidenti daşıyan helikopter sərt eniş etməli olub”.

 

***

 

17:35

 

"İran prezidentinin vəziyyəti yaxşıdır, kortejdə avtomobillə Təbrizə gedir"

 

Sfera.az xəbər verir ki, bu barədə Mehr Agentliyi məlumat yayıb.

 

***

“Tasnim”in xəbərinə görə, İranın xarici işlər naziri də qəzaya uğrayan helikopterin göyərtəsində olub.

Hazırda xilasedici qruplar hadisə yerinə çatmağa çalışır, əlverişsiz hava şəraiti onlara maneə olur.

***

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

 

Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib.

 

Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...