Cəlilabadda iki nəfəri bıçaqlayan şəxs saxlanıldı
![Cəlilabadda iki nəfəri bıçaqlayan şəxs saxlanıldı](https://sfera.az/photo/orginal/2024/05/19/1716115201_6ytt11222.jpg)
14:50 / 19.05.2024
4082
Cəlilabad rayonunda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a bildirilib ki, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Cəlilabad rayonunun Alar kəndi ərazisində həmin kəndin sakinləri, 2006-cı il təvəllüdlü İ.Nağıyev və bir nəfər yeniyetməyə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 2005-ci il təvəllüdlü R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.