Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə GÖRÜŞDÜ

Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə GÖRÜŞDÜ

Baş nazirinin müavini Şahin Mustafayev mayın 7-də Azərbaycanda diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar İranın səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

 

Sfera.az-ın Azərtaca istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə İran arasında siyasi, iqtisadi-ticari, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

 

Baş nazirin müavini Şahin Mustafayev səfir Seyid Abbas Musəviyə gələcək fəaliyyətində uğurlar arzulayıb.


OXŞAR XƏBƏRLƏR