Robert Fitso: \"Bəzi beynəlxalq təsisatlarda kiçik ölkələrə birtərəfli yanaşma var\"

Robert Fitso: \

Bəzi beynəlxalq təsisatlarda kiçik ölkələrə qarşı qeyri-obyektivlik, birtərəfli yanaşma var.

 

Sfera.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

 

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) ara-sıra digərlərinə təlimat verməyi xoşlayır:

 

"Mən heç vaxt heç bir ölkənin daxili və xarici siyasətinə qarışmıram. Təəssüf ki, bəzi beynəlxalq təsisatlarda kiçik ölkələrə qarşı qeyri-obyektivlik, birtərəfli yanaşma var. Biz Azərbaycanla Aİ arasında körpü olmağa hazırıq. Aİ-də Azərbaycandakı obyektiv vəziyyəti təqdim etmək istəyirik. Azərbaycandakı vəziyyəti maksimal şəkildə obyektiv işıqlandırmalıyıq".

 

R.Fitso bildirib ki, iki ölkə arasında əməkdaşlıq genişləndirilməlidir:

 

"Güclü prezident və güclü baş nazir varsa, biz bir sıra layihələri üzərimizə götürə bilərik. Azərbaycanda birgə istehsalat sahəsinin yaradılması hər kəs üçün ortaq fikir olmalıdır".


OXŞAR XƏBƏRLƏR