NATO-nun Hərbi Komitəsi Ukrayna üçün TOPLANACAQ

NATO-nun Hərbi Komitəsi Ukrayna üçün TOPLANACAQ

NATO-nun Hərbi Komitəsi təşkilata üzv ölkələrin müdafiə nazirləri səviyyəsində mayın 16-da Brüsseldə görüş keçirəcək, görüşdə Ukraynaya dəstək göstərilməsi məsələsi müzakirə olunacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

 

“İlk görüşdə müdafiə nazirləri Ukrayna-NATO Şurası formatında Rusiyanın Ukraynaya qarşı müharibəsini, həmçinin NATO və müttəfiqlərinin Ukraynaya gələcək dəstəyini müzakirə edəcəklər”, - məlumatda bildirilir.

 

Hərbi Komitənin iclası müdafiə nazirlərinə görüşməyə və Şimali Atlantika Alyansı üçün strateji əhəmiyyət kəsb edən məsələləri müzakirə etməyə imkan verəcək. Nazirlər NATO-nun Vilnüs sammitində qəbul edilmiş qərarların icrası ilə bağlı fikir mübadiləsi aparacaq və iyulda Vaşinqtonda keçiriləcək sammitə hazırlaşacaqlar.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR