Azad edilmiş ərazilərdə 172 nəfərə məxsus meyit qalıqları TAPILDI
12:47 / 30.04.2024
4762
Hazırkı vaxtadək 18 kütləvi məzarlıq aşkar edilib, həmin kütləvi məzarlıqlardan ən azı 172 nəfərə məxsus meyit qalıqları aşkar edilib.
Sfera.az-ın xəbərinə görə, bunu Baş Prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev aprelin 30-da keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, onlardan 55 nəfərin şəxsiyyəti eyniləşdirilib.