"ABŞ Çinin qanuni inkişaf hüquqlarını pozmaqda davam edir" - Vanq Yi

“Vaşinqton və Pekin arasında münasibətlərə xələl gətirən mənfi tendensiyalar hələ də artmaqdadır, çünki Birləşmiş Ştatlar Çinin qanuni inkişaf hüquqlarını pozmaqda davam edir”.

 

Sfera.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi Pekində ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə deyib.

 

"İki dövlət liderinin rəhbərliyi altında Çin-Amerika münasibətləri sabitləşib. Dialoq, əməkdaşlıq və müxtəlif sahələrdə müsbət aspektlər geniş vüsət alır. Lakin digər tərəfdən, Çin-Amerika münasibətlərində mənfi amillər də var. Çinin qanuni inkişaf hüquqları əsassız şəkildə pozulur”,- o bildirib.

 

Diplomat qeyd edib ki, ABŞ Çinin suverenliyi və təhlükəsizliyi ilə bağlı qırmızı xətləri keçməməlidir:

 

“Birləşmiş Ştatlar Çinin daxili işlərinə qarışmamalı, Çinin inkişafını boğmamalı, Çinin suverenliyi, təhlükəsizliyi və inkişaf maraqları məsələlərində qırmızı xətləri keçməməlidir”.

 

Vanq Yi vurğulayıb ki, Çin və ABŞ arasında əməkdaşlıq qarşılıqlı faydalı, münaqişə isə qarşılıqlı zərərli olacaq.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR