Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclası KEÇİRİLDİ - FOTO

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclası KEÇİRİLDİ - FOTO

Milli Məclisdə Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilib.

 

Sfera.az-ın APA-a istinadən xəbərinə görə, toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Şimali Kipr, Özbəkistan, Macarıstan və Qırğızıstan nümayəndə heyətləri iştirak edib.

 

Toplantının gündəliyində Xarici əlaqələr komitələrinin işinin əlaqələndirilməsi, Türk Dövlətləri Təşkilatında inteqrasiya proseslərinin dərinləşdirilməsi, eləcə də digər məsələlərin müzakirəsi daxil olub.

 

Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda keçirilən Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin birinci iclasında çıxışında Qazaxın uzun illərdir Ermənistanın işğalı altında olan dörd kəndinin diplomatik üsulla geri qaytarılmasını alqışlayıb və Azərbaycan xalqını təbrik edib. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin də qısa zaman ərzində açılması vacib və olduqca əhəmiyyətlidir.

 

Şimali Kipr Türk Cümhuriyyəti Parlamentinin Komitə sədri Yasemin Öztürk bildirib ki, bu yaxınlarda Azərbaycan parlamentində formalaşmış dostluq qrupu əlaqələrin daha da inkişafında mühüm rol oynayacaq. O, vurğulayıb ki, Şimali Kiprin müstəqillik mübarizəsi bütövlükdə Türk dünyasının mübarizəsidir.

 

Qazaxıstan Parlament Məclisinin Komitə sədri Aydos Sarım isə bildirib ki, son dövrlərdə irəli sürülən bütün təşəbbüslər Türk dövlətlərinin təşkilatlanmasını daha da artırmağa xidmət edir. Onun sözlərinə görə, Türk dünyasında mövcud olan bu ittifaq beynəlxalq təşkilatlarda da ortaq mövqe sərgiləmək baxımından çox önəmlidir.

 

Qırğızıstan nümayəndə heyəti adından çıxış edən Joqorku Keneşin komitə sədri Leyla Lurova isə Qırğızıstan Prezidenti Sadır Japarovun Bakıya səfərinə toxunub. O bildirib ki, sözü gedən rəsmi ziyarət Azərbaycanla əlaqələrin yeni mərhələyə çıxarılması baxımından vacibdir.

 

Çıxışlarda TÜRKPA çərçivəsində tərəfdaşlıq münasibətləri də daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsindəki əlaqələrin genişləndirilməsinin regionda sülh və sabitliyi daha da möhkəmləndirəcəyinə inam ifadə olunub.

.


OXŞAR XƏBƏRLƏR

Bakıda avtomobillər toqquşdu - xəsarət alanlar var

Bakının Xətai rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az report-a istinadən xəbər verir ki, iki ...

Bu gün 1 274 namizəd rezidenturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) k...

Narkotik istifadəçisi sürücülük hüququndan məhrum edildi

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən İ.Əhm...

Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO

Ayın 1-dən etibarən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır.    Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, satıcılar bil...

80-90-cı illərdə doğulanların tamamilə fərqli bir nəsil olduğunu göstərən faktlar

Onlar 1980-ci ildə doğulanlarla başlayan və 1990-cı illərin ortalarında doğulanlara qədər davam edən möhtəşəm nəsildir. Elə bir zamanla qarşılaşıblar ki, bu bəz...

Çiyələyin bəzi sortlarının üzünə həsrət qala bilərik… - VİDEO

Sabirabad çiyələyi təbii şəkildə yetişdirildiyinə görə, tam keyfiyyətli hesab olunur.   Hazırda da Sabirabadın Həşimxanlı kəndində çiyələk yığımı dav...