Bu gün 1 274 namizəd rezidenturaya imtahan verəcək

Bu gün 1 274 namizəd rezidenturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçirəcək.

 

Bu barədə Sfera.az-a mərkəzdən məlumat verilib.

 

Qeyd olunub ki, imtahanda 1 274 namizəd iştirak edəcək. Onlardan 972 nəfər Azərbaycan, 302 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 565 nəfəri oğlan, 709 nəfəri isə qızdır. 277 nəfər cari ilin, 526 nəfər əvvəlki illərin məzunudur. 471 nəfər növbəti illərdə məzun olacaq tələbələrdir. 18 nəfər xarici ölkə vətəndaşıdır.

 

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

 

Daha əvvəl bildirilib ki, imtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş kitabçası" da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

 

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

 

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

 

- "İmtahana buraxılış vərəqəsi".

 

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

 

İmtahanların keçirilməsi üçün, ümumilikdə 6 imtahan binası, 15 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 122 nəzarətçi-müəllim, 18 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.


OXŞAR XƏBƏRLƏR

Təyyarə salondakı tüstü səbəbindən məcburi eniş etdi -  FOTO

Londondan Osloya uçan “British Airways” təyyarəsi Şimal dənizi üzərində qəza siqnalı göndərib. Daha sonra təyyarə Hollandiyada məcburi eniş edib. ...

Qırmızı dənizdə tanker raketlə vuruldu

Panama bayrağı altında üzən neft tankeri Yəmənin Moha limanından 10 dəniz mili cənub-qərbdə raket zərbəsi nəticəsində zədələnib.   Məlumata görə, gəm...

Avstraliyanın ən varlı qadınının portretini karikaturaya bənzədiblər

Avstraliyanın ən zəngin qadını Gina Rinehart yerli rəssam Vincent Namatjira tərəfindən çəkilmiş rəsmdən narazı qalıb.   Sfera.az bildirir ki, Gina Ri...

Azərbaycan çempionatında möhtəşəm qol vuruldu

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXV turu çərçivəsində daha üç oyun keçirilib.   Sfera.az xəbər verir ki, "Sabah" evdə "Sumqa...

Təyyarədə baş verən xoşagəlməz hadisədən sonra 70 kiloqram arıqladı - FOTO 

Təyyarədə təhlükəsizlik kəmərini bağlaya bilmədiyi üçün həyatını kökündən dəyişən 35 yaşlı Sara Speight 70 kiloqramdan çox arıqlayıb.   Sfera.az bild...

Lerikdə bağlanan yolda hərəkət qismən bərpa edildi

Lerikdə uçqun nəticəsində bağlanan yolda hərəkət qismən bərpa edilib.   Sfera.az məlumatına görə, gün ərzində ərazidə yol istismar idarəsinin daxili ...