Logo

Macarıstan Azərbaycanın enerji sektoruna 2 milyard dollar YATIRDI

Macarıstan Azərbaycanın enerji sektoruna 2 milyard dollar YATIRDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.

Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının 10-cu iclası zamanı MOL Azərbaycanın icraçı direktoru Attila Somfai deyib.

“Azərbaycanın enerji sektoruna sərmayələrimiz 2 milyard ABŞ dolları təşkil edib, buna baxmayaraq, biz investisiyaların həcmini və uzunmüddətli əməkdaşlığımızı artırmağı gözləyirik”, - Attila Somfai qeyd edib.

MOL nümayəndəsi əlavə edib ki, şirkət “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsi çərçivəsində, eləcə də sürtkü yağlarının tədarükü sahəsində və neftayırmanın yaxşılaşdırılması istiqamətində işlərdə SOCAR ilə səmərəli əməkdaşlıq qurub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR