"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

 

O, bu barədə "TASS”a müsahibəsində danışıb.

 

“NATO-nun birgə nüvə missiyalarının praktikasının genişləndirilməsi sırf sabitliyi pozan xarakter daşıyır. Bu istiqamətdə dəyişikliklər Polşanın təhlükəsizliyini artırmayacaq və müvafiq obyektlər mütləq qanuni hədəfə çevriləcək. Onlar bizim hərbi planlaşdırmamızda ön planda olacaqlar”, - Sergey Ryabkov bildirib.

 

O qeyd edib ki, alyansın nüvə qüvvələrinin Rusiya sərhədlərinə yaxınlaşması təhlükəlidir:

 

“Ona görə də Moskva Polşada onun üçün təhlükəli obyektlərin yerləşdirilməsi mövzusunun necə inkişaf etdiyini diqqətlə izləyir”.

 

Bundan əvvəl Polşa rəhbəri Anjey Duda ölkəsinin ABŞ-nin nüvə silahlarına ev sahibliyi etməyə hazır olduğunu bildirmişdi. Onun sözlərinə görə, bu məsələ amerikalı həmkarları ilə dəfələrlə müzakirə olunub. Bunun üçün o, Nüvə Paylaşımı sistemindən istifadə etməyi təklif edib.

 

Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Rusiya bu mövzunu diqqətdən kənarda qoymayacaq.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bakıda qəza törədən şəxslər jurnalistlərə hücum etdilər - VİDEO - FOTO

Gecə saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən bildirir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb....

Bakıda bu körpü sökülür? - AÇIQLAMA

Bakının Xətai rayonunda yerləşən Cavanşir yolötürücüsü sökülə bilər.   1962-ci ildə istismara verilmiş körpüdə təhlükəsizlik məqsədilə sınaqlar aparı...

Azərbaycanda müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü

Azərbaycanda müğənni ağır qəzaya düşüb.   Sfera.az "manset.az"-a istinadən xəbər verir ki, hadisə dünən Şəmkir rayonu ərazisində baş verib....

May beş bürcə böyük xoşbəxtlik gətirəcək

May ayında beş bürcün nümayəndələri xüsusilə şanslı olacaqlar. Onlar üçün Tarot kartları böyük xoşbəxtliyə səbəb olacaq gözəl hadisələr vəd edir.   M...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçirilir - FOTO

Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2024" təşkil edilib.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, Küləy...

“İstəyirlər ki, Rusiya ilə düşmən olaq” – Qüdrət Həsənquliyev

“Azərbaycan Ermənistandan işğal altında qalmış torpaqlarını azad etməyi, Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməyi tələb edir”   Ədalə...