Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər davam etdirilir.

 

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Təlimlərə cəlb edilən hərbi hissələrin bölmələri həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edərək cəmləşmə rayonlarında tərtibləniblər.

 

Müdafiə Nazirliyinin rəhbər heyəti ümumqoşun təlim mərkəzlərində keçirilən komanda-qərargah təlimlərinin gedişatını izləyib.

 

Səhra şəraitində açılan komanda idarəetmə məntəqəsinə gələn general-polkovnik Z.Həsənov əməliyyatların aparılması zamanı komandir və qərargah zabitlərinin xəritə üzərində qəbul edilən qərarlara dair məruzələrini dinləyib.

 

Bildirilib ki, keçirilən təlimdə əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də onların mürəkkəb şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin daha da təkmilləşdirilməsinə yönəldilib.

 

General-polkovnik Z.Həsənov təlimin gedişatını müsbət qiymətləndirib və döyüş hazırlığı tədbirlərinin müasir döyüş aparma üsulları nəzərə alınmaqla, daha keyfiyyətli keçirilməsi ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

 


OXŞAR XƏBƏRLƏR

Şərura dolu DÜŞDÜ

Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonuna dolu düşüb.   Sfera.az xəbər verir ki, dünəndən başlayaraq MR ərazisində yağıntılı hava şəraiti d...

İsa Qəmbər yenidən Müsavat Partiyasının sədri seçildi

Bu gün Müsavat Partiyasının XI qurultayı keçirilir.   Sfera.az xəbər verir ki, qurultayın keçirilməsində əsas məqsəd sərbəst Məclis üzvləri, Divan üz...

HƏMAS atəşkəs və girov razılaşmasını qəbul etdiyini ELAN EDƏCƏK

"HƏMAS yaxın saatlarda Misirin atəşkəs və girovların azad edilməsi təklifini qəbul etdiyini açıqlayacaq".   Sfera.az xəbər verir ki, bu bar...

Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş BAŞLADI

“Vətən naminə Tavuş” hərəkatı Azərbaycanla sərhəddə yerləşən Kirants (Xeyrimli) kəndindən İrəvana yürüşə başlayıb.   Sfera.az “Sput...

TƏBİB-dən Gəncə Şəhər Birləşmiş Xəstəxanasındakı nöqsanlara REAKSİYA

Əhalinin sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin göstərilməsi, eləcə də xidmətin təşkili zamanı yol verilən nöqsan və hüquqpozmalar barədə atılan ad...

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Mayın üçündə Pluton retroqradı dövrü başlayıb. Təqribən altı ay davam edəcək bu retroqrad zamanı bürclər həyatlarını yenidən nəzərdən keçirib, saf-çürük etmək ş...