Neftçilərə yeni mənzillər TƏQDİM EDİLDİ - YENİLƏNDİ

Neftçilərə yeni mənzillər TƏQDİM EDİLDİ - YENİLƏNDİ

Bu gün iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Müşahidə Şurasının üzvləri şirkətin “Neftçi” mənzil-tikinti kooperativi tərəfindən inşa olunan yaşayış kompleksində görülən işlərlə tanış olublar.

 

Sfera.az SOCAR-a istinadən verdiyi məlumata görə, Bakının Səbail rayonunda Bibiheybət ərazisində yerləşən yaşayış kompleksində tikinti işlərinə 2020-ci ildə başlanılıb. Yaşayış kompleksində ümumilikdə 676 mənzildən ibarət səkkiz binanın inşası nəzərdə tutulub.

 

2023-cü ildə inşası tamamlanmış 17 mərtəbəli iki binada birotaqlı, ikiotaqlı və üçotaqlı olmaqla, ümumilikdə 252 mənzil var. Mənzillər tam təmir olunub, kommunal xidmətlərlə təchiz edilib. Kompleksdə digər altı binanın inşası davam edir.

 

Müşahidə Şurasının üzvləri və sakinlər arasında keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən neft-qaz sənayesi işçilərinin sosial təminatı və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının daim diqqət mərkəzində saxlanıldığını vurğulanıb. Neftçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyi qeyd edilib.

 

Ötən il mənzil növbəsində olan SOCAR əməkdaşları arasında inşası tamamlanmış binalardakı evlərin bölgüsü aparılıb. Yeni mənzil sahibləri arasında birinci və ikinci Qarabağ müharibələrində iştirak etmiş SOCAR əməkdaşları da var.

 

Tədbirdə evlərin sənədləri sahiblərinə təqdim edilib. Yeni ev sahibi olan əməkdaşlar mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində göstərilən dəstəyə görə təşəkkür ediblər.

 

Daha sonra tədbir iştirakçıları yaradılmış şəraitlə tanış olmaq məqsədilə mənzillərdə olublar.

 

***

 

13:42

 

Ölkənin iqtisadi qüdrətinin artırılmasına töhfə verən neftçilərin rifahının yüksəldilməsi dövlətin sosial siyasətində mühüm yer tutur.

 

Sfera.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

 

“SOCAR-ın prezidenti, həmkarım Rövşən Nəcəf və Müşahidə Şurasının üzvləri ilə birlikdə "Neftçi" mənzil-tikinti kooperativi tərəfindən inşa edilən yaşayış kompleksində görülən işlərlə tanış olduq və yeni mənzil sahiblərinə çıxarışları təqdim etdik. Neftçi ailələrinin hər birinin sevincinə şərik olur, onlara bu mənzillərdə firavan həyat və xoş günlər diləyirik”,- deyə nazir qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Fillər çox qəribə salamlaşma növü: Sevindiklərindən belə edirlər - VİDEO

İnsanların salam verməsinin müxtəlif sayda: əl yelləmək, əl sıxmaq, qucaqlamaq, öpmək, yumruq toqquşdurmaq, salam demək və ya bunların hər hansı birinin birləşm...

Qalmaqallarda hallanan “kişilər üçün jurnal” fəaliyyətini bərpa edir

Son çap nüsxəsinin nəşrindən doqquz il sonra, “Loaded” kişi jurnalı Britaniyada yenidən buraxılmağa hazırlaşır.  Sfera.az bildirir ki, &ld...

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Müğənni Ancelina Coli iki kişi ilə sevgilidir - bəstəkar Castin Levin və reper Akala (əsl adı Kingsley James McLean Daley). Sfera.az xəbər verir ki, bu barəd...

Rusiyada ilk transgender siyasətçi yenidən cinsiyyət dəyişdirir

Rusiyanın Altay regionundan olan ilk transseksual siyasətçisi tərs keçid edərək, bütün rus xalqından bağışlanmasını istəyib. Yuliya Aleşina yenidən Roman Aleşin...

Tayvanda parlament iclasında kütləvi dava - VİDEO

Tayvan parlamentində bu gün yeni prezident Lai Çinq-tenin andiçmə mərasiminə bir neçə gün qalmış xaos yaşanıb. Deputatlar parlament islahatları ətrafında mübahi...

Ömrümüzün uzunluğu təxminən 5 il artacaq

Araşdırmalara görə, qlobal ömür uzunluğu 2050-ci ilə qədər təxminən 5 il - 2022-ci ildəki 73,6 yaşdan 2050-ci ildə 78,2 yaşa qədər artacaq. Sfera.az xarici...