Bayden və xanımının qazancı AÇIQLANDI

Bayden və xanımının qazancı AÇIQLANDI

Baydenin ötən ilki qazancı açıqlanıb.

 

Sfera.az bildirir ki, bu barədə Ağ Evin saytında dərc edilmiş vergi bəyannaməsində məlumatlar yer alıb. Qeyd olunub ki, ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı 2023-cü ildə 620 min dollar qazanıblar.

 

"Prezident və birinci xanım birlikdə vergi bəyannaməsi təqdim ediblər və federal düzəliş edilmiş 619,976 dollarlıq ümumi gəliri bildiriblər. Bu məbləğin demək olar ki, dörddə biri federal gəlir vergisinə xərclənib”, - vurğulanıb.

 

Həmçinin bildirilib ki, Bayden və həyat yoldaşı xeyriyyəçilik üçün 20.000 dollardan bir qədər çox pul bağışlayıblar:

 

“Eyni zamanda, ABŞ-nin vitse-prezidenti Kamala Harris və ərinin 2023-cü il üçün gəlirləri 450 min dollardan bir qədər çox olub”.

 

Qeyd edək ki, 2022-ci ilin sonunda ABŞ lideri və həyat yoldaşı daha az məbləğ qazanıblar. Ağ Evin sənədlərinə görə, onların gəliri təxminən 580 min dollar olub. Onlar 20 müxtəlif xeyriyyə təşkilatına 20,100 dollar bağışlayıblar.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Monika Belluççinin qızı xoşməramlı səfir oldu - FOTO

19 yaşlı italyan model və aktrisa Deva Kassel Fransa moda evi “Dior”un çəkilişlərində görünüb.    Sfera.az bildirir ki, gözəllik iko...

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda təlimlər keçilir

Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə COP29 ideyalarının yerli auditoriyaya çatdırılmasın...

Bu ilin Bodibildinq və fitnes üzrə Azərbaycan kubokunun qalibləri onlar oldu - VİDEO

2024-cü ilin Bodibildinq və fitnes üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib.    Sfera.az xəbər verir ki, tanınmış idmançı Şükran Soltano...

Xırdalanda qonşuları şoka salan qətl niyə törədilib? – TƏFƏRRÜAT

Qadın amansızlıqla qətlə yetirilib.   Sfera.az xəbər verir ki, hadisə Abşeronda, Xırdalan şəhərində qeydə alınıb.   Xırdalan şəhəri ərazis...

İsa Qəmbər rəsmən namizəd oldu - FOTO

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı ola bilər.   Sfera.az xəbər verir ki, o, başqan seçkilərində namizədliyini irəli sürüb.   ...

Odessaya zərbələr endirildi - Ölənlər var

“Rusiya ordusu Ukraynanın Odessa bölgəsinə raket zərbəsi endirib”.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. ...