Prezidentin yüksək vəzifə verdiyi Fərhad Adıgözəlov KİMDİR? - DOSYE

Prezidentin yüksək vəzifə verdiyi Fərhad Adıgözəlov KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

 

Sfera.az xəbər verir ki, Fərhad Əsgər oğlu Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyyə və kredit üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb. 2005-ci ildə təhsilini davam etdirərək Azərbaycan Dövlət İqtisad Universitetinin istehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisaslaşması üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib. F.Adıgözəlov əmək fəaliyyətinə 2000-ci ildə “Azərsığorta” Dövlət Sığorta Şirkətində başlayıb. O, 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə “Kapital Bank” ASC-də departament direktoru vəzifəsində çalışıb.

 

Daha sonra F.Adığözəlov 2013-2014-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri və 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini olub.

 

F.Adıgözəlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Dövlət Sığorta Kommersiya Şirkətinə Sədr təyin edilmişdi.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Monika Belluççinin qızı xoşməramlı səfir oldu - FOTO

19 yaşlı italyan model və aktrisa Deva Kassel Fransa moda evi “Dior”un çəkilişlərində görünüb.    Sfera.az bildirir ki, gözəllik iko...

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda təlimlər keçilir

Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə COP29 ideyalarının yerli auditoriyaya çatdırılmasın...

Bu ilin Bodibildinq və fitnes üzrə Azərbaycan kubokunun qalibləri onlar oldu - VİDEO

2024-cü ilin Bodibildinq və fitnes üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib.    Sfera.az xəbər verir ki, tanınmış idmançı Şükran Soltano...

Xırdalanda qonşuları şoka salan qətl niyə törədilib? – TƏFƏRRÜAT

Qadın amansızlıqla qətlə yetirilib.   Sfera.az xəbər verir ki, hadisə Abşeronda, Xırdalan şəhərində qeydə alınıb.   Xırdalan şəhəri ərazis...

İsa Qəmbər rəsmən namizəd oldu - FOTO

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı ola bilər.   Sfera.az xəbər verir ki, o, başqan seçkilərində namizədliyini irəli sürüb.   ...

Odessaya zərbələr endirildi - Ölənlər var

“Rusiya ordusu Ukraynanın Odessa bölgəsinə raket zərbəsi endirib”.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. ...