Mətbuat sahəsinə göstərilən diqqət və qayğı günü-gündən artır 

Mətbuat sahəsinə göstərilən diqqət və qayğı günü-gündən artır 

Söz və məlumat azadlığı dövlətlərin, xalqların siyasi inkişafında, cəmiyyətlərin formalaşmasında xüsusi və müstəsna rola malikdir. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan dövlətlərdəndir. Bu gün müasir Azərbaycan reallığına nəzər saldıqda ölkədə çoxsaylı mətbuat orqanlarının müxtəlif yönlü informasiyalar təqdim etdiyinin şahidi oluruq. Kütləvi İnformasiya Vasitələrindəki bu rəngarənglik, əslində, demokratiyanın çox vacib nüansı olan fikir plüralizminin göstəricisidir. Çünki cəmiyyətdəki müxtəlif düşüncə və mövqelərin işıqlandırılması və ictimaiyyətə çatdırılması baxımından söz, fikir, mətbuat azadlığı olduqca vacib nüanslardandır.

 

Ölkəmizdə söz azadlğının təmin edilməsi, eləcə də mətbuatın inkişafı üçün bütün zəruri addımlar atılır. “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan Milli Mətbuatı mühüm inkişaf yolları keçib. 1991-ci il 18 oktyabr tarixli "Azərbaycan Respublikasinin dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda vətəndaşların söz, fikir, mətbuat azadlıqları təsbit edilsə də, ilk vaxtlar müəyyən səbəblərə görə ölkənin mətbuat orqanları ciddi çətinliklərlə üzləşib. 1992-ci ildə hərbi senzura adı altında mətbuat üzərində nəzarət daha da gücləndirilib. Həmin dövrdə jurnalistlər bir çox çətinliklərlə rastlaşırdılar və öz fikirlərini sərbəst ifadə edə bilmirdilər.

 

Lakin Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan mətbuatının intibah dövrü başlandı. Ulu öndər Heydər Əliyev söz və mətbuat azadlığının müdafiəsi sahəsində əsaslı irəliləyişlərin əldə olunmasına və prioritet addımların atılmasına şərait yaratdı.

 

1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyasında söz, fikir, vicdan azadlığı təsbit edildi. Bununla da Kütləvi İnformasiya Vaitələrinin və jurnalistlərin normal fəaliyyətinə geniş imkanlar açıldı. Konstitusiyanın 50-ci maddəsinə əsasən, hər kəsin informasiya əldə etmək hüququ təmin edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq edilən "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" isə vətəndaşların Konstitusiyada əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təminatına yeni və əlverişli imkanlar açdı. Həmin dövlət proqramından az sonra Azərbaycan Prezidentinin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafında mühüm rol oynadı.

 

2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə kütləvi informasiya vasitələrinin təsis olunması daha da asanlaşdı. Azərbaycan Respublikası Prezidentinin 11 may 2002-ci il tarixli "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə" fərman ilə yazılı mediadan istifadə imkanları genişləndirildi. 2003-cü ildə yaradılan Mətbuat Şurası öz vəzifələrini uğurla həyata keçirir.

 

Bundan əlavə, həmin dövrdə Azərbaycan hakimiyyəti bir sıra qəzetlərin yaranmış borcunu ödəyib və çap mediası 1998-ci ildən bütün dövlət vergilərindən azad olunub.

 

Heydər Əliyev 2001-ci ildə mətbuat sahəsində göstərdiyi misilsiz xidmətlərinə görə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

 

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğını daha da artırdı. 2005 və 2010-cu illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130 və 135 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsi, fəxri adlar verilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə verilən yüksək qiymətin göstəricisidir. Prezident İlham Əliyevin bu diqqət və qayğısı ölkəmizdə azad sözün inkişafına stimul yaratdı. Bu mənada jurnalistlər də ölkə başçısının bu diqqət və qayğısını daima yüksək dəyərləndirirlər.

 

Məhz bu baxımdan Prezident İlham Əliyev 2 dəfə - 2010-cu ildə və 2013-cü ildə “Jurnalistlərin dostu” mükafatının qalibi olub. Yəni, jurnalistlər hər zaman ölkə başçısını özlərinin ən yaxın dostu hesab ediblər.

 

Azərbaycanda mətbuatın inkişafı, o cümlədən söz azadlığının və plüralizmin yüksək səviyyədə olması bu istiqamətdə atılan prioritet addımlardan aslıdır. Ümummilli liderin yolunu davam etdirən Prezident İlham Əliyev azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial rifahını yaxşılaşdırmaq məqsədilə önəmli sərəncamlar imzalayıb.

 

Ölkəmizdə bu məqsədlə 2021-ci ildə 12 yanvar tarixli fərman ilə Medianın İnkişafı Agentliyi yaradılıb. Agentlik Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə yaradılıb. Bu isə medianın inkişafı itiqamətində atılan mühüm addımlardan biri idi.

 

Bütün bu görülən tədbirlər sübut edir ki, Azərbaycanda azad mətbuat inkişaf edir və mətbuat sahəsinə göstərilən diqqət və qayğı günü-gündən artır.

 

Ülkər Abdurahmanlı

 

Mövzu: Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


OXŞAR XƏBƏRLƏR

Yasamalda avtomobildən telefon oğurlayan şəxs saxlanıldı - FOTO

Paytaxtın Yasamal rayonunda vətəndaşlardan birinə məxsus avtomobilin şüşəsini qıraraq içərisindən mobil telefon oğurlandığı barədə polisə məlumat daxil olub. ...

Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olunub

Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Braziliya, Qayana, Surinam və Ekvado...

Xərçəngə qarşı yeni peyvənd HAZIRLANIR - Yüksək riskli xəstələrdə...

Koronavirusa qarşı mRNT peyvəndi hazırlayan "Moderna" şirkəti, eyni texnikadan istifadə edərək xərçəngə qarşı peyvənd istehsal etmək üçün çalışır...

ANAMA-nın əməkdaşı Şuşada MİNAYA DÜŞDÜ

ANAMA-nın əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev aprelin 27-də azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində xidməti vəzifəsini yerinə ...

Putinin andiçmə mərasiminin tarixi MƏLUM OLDU

Rusiyada 15-17 may tarixlərində keçirilən Prezident seçkilərində qalib gəlmiş hazırkı dövlət başçısı Vladimir Putinin andiçmə mərasimi mayın 7-nə planlaşdırılır...

Məşhur müğənninin qohumu sevgilisi tərəfindən ÖLDÜRÜLDÜ - FOTO

Türkiyədə Ömər Öktem tərəfindən güllələnərək öldürülən Selin Yalının məşhur müğənni Yalının qohumu olduğu üzə çıxıb.   Sfera.az xəbər verir ki, bu b...