Bakıda 296 kəsici-deşici alət aşkar olunaraq götürüldü - RƏSMİ

Bakıda 296 kəsici-deşici alət aşkar olunaraq götürüldü - RƏSMİ

İnsan həyatı üçün təhdid yaradan kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, aprelin 26-da paytaxtın Sabunçu, Qaradağ və Nizami rayonları ərazisində 4 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb.

 

Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub. Qeyd olunub ki, saxlanılan şəxslər barəsində araşdırma aparılır.

 

“Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcək”, -məlumatda vurğulanıb.

 

Daxili İşlər Nazirliyi son olaraq, bu məsələ ilə bağlı çağırış edib.

 

“Məişət təyinatı olmayan soyuq silahların satışının məsuliyyət yaradır. Bunu təşkil edən şəxsləri əməllərindən çəkinməyə çağırırıq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Erməni Kilsəsi Paşinyanla QARŞI-QARŞIYA: “Məqsədləri onu devirməkdir, amma...”

Ermənistanın Tavuş rayonu istiqamətində işğal olunmuş kəndlərin Azərbaycana qaytarılmasını həzm edə bilməyən Erməni Apostol Kilsəsinin ali şurası bəyanat verib....

Sabah 25 dərəcə isti OLACAQ - PROQNOZ

Mayın 9-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA: Yaxın günlərdə... 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayının pensiya...

Azərbaycan-Bolqarıstan sənədləri İMZALANDI

Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Rumen Radevin iştirakı ilə Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub. &nbs...

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata birgə bəyanatla ÇIXIŞ EDİRLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata birgə bəyanatla çıxış edirlər.   Sfera.az xəbər verir ki, bu...

“Bolqarıstan Azərbaycanın əsas tərəfdaşlarından biridir” - AÇIQLAMA 

Bolqarıstan Azərbaycanın Avropa İttifaqında əsas tərəfdaşlarından biridir. Son illər iki ölkə arasında iqtisadi və ticari əlaqələrin daha da dərinləşməsi müşahi...