Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vuran bir sıra tufanların baş verməsi olub.

 

Sfera.az bildirir ki, yerli hakimiyyət orqanları keçən ay evin sökülməsi barədə qərar veriblər. Qeyd edək ki, Nantuket adası (Nantucket Island) hansı binaların sökülə biləcəyi ilə bağlı ciddi qaydalara malikdir.

 

“Forbes”-ə görə sərvəti 3,8 milyard dollar olaraq qiymətləndirilən Barri Sternliçt isə 2010-cu ildə sökülən evi 610.000 dollara alıb. Mülk sonradan onunla əlaqəli iki trestin mülkiyyətinə çevrilib. Bundan əlavə, 2019-cu ildə milyonçu qonşu evi də 1,3 milyon dollara alıb.

 

2020-ci ildə qasırğalar mülklərə ciddi ziyan vurduqda, onlardan birinin sökülməsi əmr edilib. Digəri əvvəlcə köçürülsə də, sonralar eroziyanın artması səbəbindən sökülüb.


Mütəxəssislər bildirirlər ki, dəniz səviyyəsinin qalxması səbəbindən evlərin altındakı torpaq çox qeyri-sabit olub və bu, hər hansı bir köçürülməni mümkünsüz edir. Yəni, evlərin sökülməsindən başqa çıxış yolu qalmır. 

 

Onu da qeyd edək ki, Nantuket keçmiş Google CEO-su Erik Şmit və “Blackstone” icraçı Stiv Şvarzman kimi varlı insanlar üçün çox məşhur bir yerdir. Bununla belə, torpaq eroziyası, davamlı fırtınalar və dəniz səviyyəsinin yüksəlməsi səbəbindən oradakı sahilyanı əmlakların dəyərləri durmadan aşağı düşür.

 

Daşınmaz əmlak üzrə vəkil Steven Cohen, yerli hava limanı da daxil olmaqla, mövcud strukturlar üçün təhlükə yaradan ada ətrafında ən azı 5-6 qaynar nöqtə olduğunu bildirir. Onun hesablamalarına görə, hər il bu hadisəyə görə 1-2 ev köçürülməli və ya sökülməlidir.


Sökülmə qərarı torpağın ciddi aşınması və əmlakın zədələnməsi ilə nəticələnən bir sıra tufanlardan sonra qəbul edilib.

 

"Eroziya evləri, yolları, infrastrukturu, kanalizasiyaları, hətta hava limanının uçuş-enmə zolaqlarını məhv edir. Şəhər rəsmiləri bununla bağlı nə edəcəyini bilmir" - deyə Steven Cohen müsahibəsində bildirib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR