"Putin Navalnının ölümündə günahkar deyil" - ABŞ kəşfiyyatı

Putin rusiyalı müxalifət lideri Navalnının ölümündə günahkar deyil.

 

Sfera.az bildirir ki, bu barədə “The Wall Street Journal” Mərkəzi Kəşfiyyat İdarəsi və digər kəşfiyyat agentliklərinə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, Rusiya Prezidenti Baydenin dediyi kimi heç də Navalnını öldürmək əmri verməyib.

 

“Məsələ ilə tanış olan insanların dediyinə görə, ABŞ kəşfiyyat orqanları Putinin Navalnının qətlinə göstəriş vermədiyini müəyyən ediblər”, - materialda deyilir.

 

Bu qənaətə Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ-nin digər xüsusi xidmət orqanlarının gəldiyi bildirilib.

 

Xatırladaq ki, Navalnı fevralın 16-da həbsxanada dünyasını dəyişib. Ölümün səbəbi kimi qan laxtalanması (tromb) göstərilib. Buna baxmayaraq, Bayden bloggerin ölümündə Rusiya liderinin günahkar olduğunu bildirib.

 

Bundan əlavə, o, Navalnının ölümünün Rusiyanın digər ölkələrlə münasibətlərinin pisləşməsinə səbəb olacağını söyləyib.

 

Günay


OXŞAR XƏBƏRLƏR