Sevinc Osmanqızından ermənilərə dəstək - VİDEO

Sevinc Osmanqızından ermənilərə dəstək - VİDEO
 Ermənistan silahlı qüvvələrinin son günlər cəbhədə və Azərbaycanla sərhəddə gərginliyi daha da artırdığı, təxribatlar törətdiyi, ermənilərin dünyanın bir sıra ölkələrində həmvətənlərimizə qarşı hücumlar təşkil etdiyi bir vaxtda azərbaycanlı jurnalist Sevinc Osmanqızı düşməni müdafiə edən fikirlər səsləndirib.

Sfera.az xəbər verir ki, soydaşlarımızı əli on minlərlə azərbaycanlının qanına batmış erməni terrorçularına qarşı "sivil" mübarizə aparmağa çağıran Sevinc Osmanqızı sözün həqiqi və məcazi mənasında düşmən dəyirmanına su töküb.

O, iddia edib ki, guya bu gün "sivil" qarşıdurmanı pozan Azərbaycan tərəfidir.

"Bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir”, - deyən S.Osmanqızının Azərbaycan xalqı, dövləti əleyhinə səsləndirdiyi fikirlər ermənilərin çoxdan axtardıqları bəhanələrdir.

Bəli, düşmən çoxdandır bizim hansısa birimizin dilindən bu sözləri axtarırdı ki, ondan istifadə edərək, "baxın, azərbaycanlılar özləri öz əməllərini işfa edirlər”, - desin.

"Onlar (xaricdə yaşayan azərbaycanlılar - red) nəyə görə səfirliyin müdafiəsinə qalxmalıdırlar?” - sualını verən jurnalist üzərində ASALA terror təşkilatının adı olan paltarlar geyinən ermənilərin Azərbaycanın xaricdəki diplomatik konsulluqlarının binalarına təşkil etdiyi hücumları "görmürmü”? Olmaya ermənilərin küçələrdə döyüb xəsarət yetirdikləri soydaşlarımızın axan qanını, yaralarını da görməzlikdən gəlir?

"Mən yenə də davanın kim başlaması məsələsinə girməyəcəm. Bunu ayırd etmək çətin məsələdir və əhəmiyyətli məsələ də deyil”, - deyən Osmanqızı daha sonra əlavə edir:

"Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi deyil”.

Və Sevinc Osmanqızı bununla da özü barəsində tam, dolğun, əslində əvvəllər də mövcud olan xoşagəlməz imic haqqında aydın təsəvvür formalaşdırdı.

Məntiqsiz cümlələri ilə özü özünü ifşa edən jurnalist təəssüf ki, hansısa maraqlardan irəli gələrək Azərbaycanı nüfuzdan salmağa çalışır.

Sevinc Osmanqızı gah "Bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir” - deyir, gah da "Davanın kimin başlamasını ayırd etmək çətin məsələdir", - iddiasını ortaya qoyur.

Onun çıxışında ittiham irəli sürdüyü Azərbaycan sözündən cəmi 1 dəqiqə sonra davanı kimin başlamasının naməlum olduğunu deməsi həm məntiqsizlikdən, həm də siyasi savadsızlıqdan irəli gəlir.

Şübhəsiz ki, bütün bunların xarici zərbəsi bizə dəyə bilər. Deyəsən Osmanqızı iyulun 12-dən 16-dək sərhəddə gedən döyüşlərdə erməni təxribatının qurbanı olan şəhidlərimizi də unudub.

Bütün bunlar bir yana, belə çıxır Sevinc Osmanqızı atası Osman Mirzəyevin ermənilərin əli ilə şəhid olmasını da "yaddan çıxarıb”. Yoxsa düşmən dəyirmanına bu qədər su tökməzdi.


 
(hit.az)

OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...