Selçuk Akat: “Azərbaycan BTQ dəmir yolu hesabına Avropanın tədarük zəncirinə qoşula bilər”

Selçuk Akat: “Azərbaycan BTQ dəmir yolu hesabına Avropanın tədarük zəncirinə qoşula bilər”
 

"Türkiyə və Azərbaycan arasındakı ikitərəfli ticarət əlaqələrində, ikitərəfli investisiya əməkdaşlığı strateji əhəmiyyət daşıyır. Koronavirus pandemiyasından sonra, yaranacaq imkanlardan istifadə edərək güclərimizi birləşdirərək yeni sinerji yaratmalıyıq”.

Sfera.az  xəbər verir ki, bunu Anadolu Agentliyinə müsahibəsində Xarici İqtisadi Münasibətlər Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının başçısı Selçuk Akat bildirib.

 

O qeyd edib ki, pandemiya dövründə gediş-gəlişlərin məhdudlaşdırılmasına baxmayaraq, iki ölkə arasında qarşılıqlı əlaqələrin dayanmadığı, əksinə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daha da güclənib: "Bu da Türkiyə və Azərbaycanın birgə strateji investisiya layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyatının zəruriliyini bir daha ortaya çıxarıb.

Bu yaxınlarda Türkiyənin ixrac mallarını Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistana daşıyan 82 konteynerdən ibarət 940 metrlik qatar Qarsdan yola çıxmışdı. Beləliklə, quru yollarının bağlanması fonunda Azərbaycan və Türkiyə ixracatçıları üçün vacib tranzit yoluna çevrilib”.

Pandemiya dövründə iki ölkə arasındakı ticarət əlaqələrinin dayanmadığını ifadə edən S.Akat  qeyd edib ki: "Bu ilin I rübündə Türkiyənin Azərbaycana ixracı 15,3% artaraq 566 milyard ABŞ dollarına yüksəlib. Bu dövrdə Azərbaycana əsasən maska istehsalı üçün avadanlıq, parça və respirator göndərilib. Bu da iki ölkə arasında qardaşlıq münasibətlərinin nə qədər zəruri olduğunu və hər böhranda gücləndiyini bir daha göstərdi”.

"İki ölkə arasında ticarət əlaqələri ilə yanaşı, investisiyalarda strateji vəziyyətə gəlib. Hazırda 2 467 Azerbaycan şirkəti Türkiyəyə 6,9 milyard ABŞ dolları məbləğində investisiya, 3 400 türk şirkəti isə Azərbaycana 6,6 milyard ABŞ dolları məbləğində investisiya yatırıb”, - o bildirib.

Azərbaycan müstəqillik əldə etməsindən sonrakı dövrdə, Türkiyə və Azərbaycan Gürcüstanla birlikdə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP, STAR neft emalı zavodu kimi strateji layihələr həyata keçirdiyini bildirən S.Akat bildirib ki, iki dövlət, bir millət tək iqtisadiyyata çevrilib: "İki ölkə arasındakı əlaqələrimizi gücləndirəcək yeni strateji bir layihə gündəmə gətirməliyik. Təklifim yaşadığımız pandemiyadan sonra, xüsusilə Avropada qlobal tədarük zəncirləri ilə əlaqəli iki anlayış irəli çıxır; Reshoring (Yenidənqurma” və Nearshoring (Yaxınlaşma) ... Yəni Avropa iqtisadiyyatları, tədarüklərini Avropa daxilindən və ya Avropaya yaxın ərazilərdən etmək istəyir.

Xəzər və Aralıq dənizini bir-birinə bağlayan BTQ Azərbaycanı Türkiyə üzərindən Avropaya daha yaxın edib. Beləliklə, dəmir yolu xəttindən istifadə edərək Azərbaycanı Avropanın tədarük zəncirinə əlavə etmək üçün işləyə bilərik. Azərbaycan "Made in Azerbaijan" proqramı və 7 fərqli xüsusi sənaye və texnoparklarındakı istehsal imkanları ilə yeni iqtisadi inkişaf imkanları əldə edə bilər”.


OXŞAR XƏBƏRLƏR

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə TƏŞƏKKÜR ETDİ

Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir.   Sfera....

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndiyə GETDİLƏR

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.   Sfera.az AZƏRTAC-a is...

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...