Sarkisyan Edmon Marukyan ilə görüşdü

Sarkisyan Edmon Marukyan ilə görüşdü

Ermənistan prezidenti Armen Sarkisyanla müxalif İşıqlı Ermənistan Partiyasının sədri, deputat Edmon Marukyan arasında görüş olub.

Sfera.az "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu E.Marukyan feysbuk səhifəsində yazıb.

Görüşdə növbədənkənar parlament seçkilərinin keçirilməsini müzakirə edilib.

Müaxlifət partiyasının lideri parlamentin binasında jurnalistlərə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan ona zəng edib: "Baş nazir görüşüb, növbədənkənar parlament seçkilərini və ölkədəki vəziyyəti müzakirə etməyi təklif etdi. Ola bilsin biz sabah (martın 3-də - red.) görüşəcəyik. Onda biz təklifləri müzakirə edərik. Nəticəni biləcəksiniz”.

Onun sözlərinə görə, müzakirə zamanı növbədənkənar seçkilərin keçirilməsi haqqında razılıq əldə etsələr, onda seçki təxirə salmadan keçirilməlidir. O, N.Paşinyandan martın 1-də mitinqdə bəyan etdiklərinin təsdiqinin tələbə edəcəyini söyləyib.

Qeyd edək ki, N.Paşinyan martın 1-də tərəfdarları ilə birlikdə keçirdiyi mitinqdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın keçmiş prezident Serj Sarqsyanın tapşırıqlarını yerinə yetirdiyini bildirimişdi.

Xatırladaq ki, Ermənistan parlamenti 132 deputatdan ibarətdir. Onların 83-ü hökumətyönümlüdür. 24-ü Çiçəklənən Ermənistan, 17-si isə İşıqlı Ermənistan fraksiyasının üzvləridir. 8 deputat isə bitərəfdir.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...