Şahin Mustafayevə yeni vəzifə verildi

Şahin Mustafayevə yeni vəzifə verildi
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə dair dövlət komissiyasına baş nazirin müavini Şahin Mustafayev sədr təyin olunub.

Sfera.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Ümumdünya Ticarət Təşkilatının üzv ölkələrilə hələ 2004-cü ildən başlamış danışıqların uzun fasilədən sonra cari ilin sentyabr ayından davam etdiriləcəyi gözlənilir. Son dəfə 2019-cu ilin dekabr ayında aparılmış danışıqlar koronavirus pandemiyasına görə dayandırılıb.

Xatırladaq ki, danışıqlar kənd və sənaye məhsullarının tarifləri, xidmətlər ticarəti, qanunların ÜTT-nin tələblərinə uyğunlaşdırılması, kənd təsərrüfatına dövlət dəstəyi kimi dörd istiqamət üzrə aparılır.

Hazırda Azərbaycan ÜTT-nin 20 üzv ölkəsilə danışıqlar aparır. İndiyədək Türkiyə, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Qırğız Respublikası ilə danışıqlar başa çatdırılmaqla müvafiq protokollar imzalanıb.
 
Son vaxtlar hökumət bir sıra mühüm islahatlar həyata keçirib, o cümlədən iqtisadi inkişafla bağlı 12 Yol Xəritəsi qəbul edib. Həmin Yol Xəritələrinin həyata keçirilməsinin Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunması üçün əsas olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...