Şahdəniz layihəsində “Lukoil”in payı artdı

Şahdəniz layihəsində “Lukoil”in payı artdı
Rusiyanın "Lukoil” neft şirkəti Xəzərdəki Şahdəniz qaz layihəsində "Petronas” şirkətinə məxsus 15,5 faizlik payı 2,25 milyard ABŞ dollarına satın alıb.

Sfera.az xəbər verir ki, Rusiya şirkəti bununla bağlı müvafiq müqavilə imzaladıqlarını açıqlayıb.

Bununla da "Lukoil”in layihədəki payı 10 faizdən 25,5 faizədək artacaq. Sövdələşmənin tamamlanması üçün SOCAR ilə razılaşdırılmış əlavə şərtləri yerinə yetirmək zəruridir.

"Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib ki, "Şahdəniz" layihəsində onların payının artması ilə hər iki ölkənin iqtisadiyyatındakı perspektivli sahələrin inkişafı daha da sürətlənəcək: "Ötən 25 ilə yaxın müddət ərzində "Lukoil” bizim üçün strateji əhəmiyyət daşıyan Xəzər regionunda böyük iş təcrübəsi toplayıb, ciddi hasilat və nəqliyyat infrastrukturu qura bilib. Qabaqcıl beynəlxalq layihələrin icrasında bizə bu cür etimad göstərilməsinə sevinirik”.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

ABB sahibkarlar üçün təlim keçirdi

ABB Sahibkarlar Klubuna üzv olan bir qrup iş adamı üçün Gəncə şəhərində təlim təşkil edib. Təlimə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Thinkwi...

Alıcılıq qabiliyyəti sürətlə düşür - Manatın məzənnəsi ilə bağlı YENİ QƏRAR verilə bilər

Son zamanlar Türkiyənin milli valyutası - lirənin məzənnəsi, dünyanın aparıcı valyutası - dollara nisbətdə sürətlə dəyərdən düşür.   Bu proses manata təs...

Yanvarda 1 dollar 2 manat olacaq? – AÇIQLAMA/VİDEO

Altı il öncə bir ildə iki dəfə devalvasiyaya uğradıqdan sonra üzən məzzənnə ilə dəyər itirən milli valyuta manat sabit məzənnənin diktəsi ilə bütün qlobal təsir...

“Qubadlı rayonunun böyük turizm imkanları var” - Millət vəkili

"İşğaldan azad olunan digər rayonlarımız kimi Qubadlı rayonu da bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Həyat və gülüşün Şərqi Zəngəzurun bu hissəsinə ...

Xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 25 oktyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, bu günə olan rə...

Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ: Bakıda qiymətlər ucuzlaşdı

Bakıda sentyabr ayında torpaq sahələrinin qiyməti 4,58 faiz ucuzlaşıb. Sfera.az  xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin direk...