Koronavirusun ağırlaşması olan atipik pnevmoniya nədir ?
Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya - yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur. Sfera.az bildirir ki, ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizli inkişaf edə bilir, ona görə ona Səssiz qatil də deyilir. Əgər iltihabı proses ağciyər toxumasının ayrıca bir hissəsini və ya seqmentini zədələyibsə, o zaman pnevmoniya sakit, yəni gizli başlayacaq. Adətən bu hal immuniteti zəif insanlarda baş