Beyni sürətlə qocaldan vərdişlər açıqlandı:Mütəxəssislər xəbərdarlıq edir
Beyin sağlamlığı təkcə genetik faktorlarla deyil, gündəlik həyat tərzimizlə də sıx bağlıdır. Yuxu rejimi, qidalanma vərdişləri, stressin idarə olunması, fiziki aktivlik və sosial münasibətlər beynin fəaliyyətinə birbaşa təsir göstərir. Hər gün təkrarlanan kiçik vərdişlər uzunmüddətli perspektivdə yaddaşın güclənməsinə və ya zəifləməsinə, diqqət toplama qabiliyyətinə, qərarvermə prosesinə və emosional vəziyyətə təsir edə bilər. Sfera.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, beyin