Əksər xəstələr həm virusla, həm də lazımsız dərmanlarla mübarizə aparır - Həkimdən xəbərdarlıq
Əgər xəstədə koronavirus xəstəliyinin gedişatına əlavə olaraq bakteriya qoşulubsa, antibiotik istifadə edilməlidir. Lakin bakterial infeksiya yoxdursa, antibiotik müalicəyə kömək etmir, bu, əksinə, orqanizmə ciddi zərər verə bilər. Sfera.az-ın məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin həkimi Aydın Əliyev deyib. Onun sözlərinə görə, xəstəyə antibiotikin lazım olub-olmadığı müvafiq qan, yaxma və bəlğəm analizləri ilə təyin edilir. Bunlar olmazsa, yalnız ixtisaslaşmış həkim COVİD-19-un