Türkiyədə koronaya yoluxanların sayı 2 milyona yaxınlaşır
Kateqoriya məlum deyil
Türkiyədə son sutka ərzində daha 240 nəfər koronavirusdan vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Bununla da qardaş ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 17 min 121 nəfərə çatıb.
Qeyd edək ki, indiyədək Türkiyədə 1 milyon 928 mindən çox insan koronavirusa yoluxub.






