Vaksindən sonra virusa yoluxarsansa... - Professor
Vaksinləşdirmədən sonra şəxs virusa yoluxsa belə, xəstəliyi yüngül şəkildə keçirə bilər. Sfera.az xəbər verir ki, bunu Trend-ə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib. Onun sözlərinə görə, vaksin olunduqdan sonra da tibbi maskadan istifadə etmək vacibdir: "Kimsə düşünməsin ki, COVİD-19 virusuna qarşı peyvənd olundumsa, artıq mənə heç nə olmayacaq. Qətiyyən belə düşünmək lazım deyil. İndi ortada belə bir həqiqət var ki,