Rusiyada pivədən 100-dən çox adam zəhərlənib
Rusiyanın altı vilayətində “Mister Sidr” adlı pivə içkisindən 100-dən çox adam zəhərlənib. Sfera.az xəbər verir ki, REN TV öz mənbələrinə istinadən məlumat yayıb. Telekanalın həmsöhbəti qeyd edib ki, zəhərlənmə halları Ulyanovsk, Samara, Penza, Nijni Novqorod və Kursk vilayətlərində, həmçinin Udmurtiyada aşkarlanıb. Mənbənin sözlərinə görə, təhlükəli içkidən zərərçəkənlər arasında beş azyaşlı da var: “Xəstəxanada 70 nəfər, o cümlədən dörd uşaq müalicə alır, bir böyük və bir uşaq tibb