Qulağa soğan parçası qoymaq görün nələr edir

Qulağa soğan parçası qoymaq görün nələr edir
photo_447/file/articles/ 400w" sizes="(max-width: 400px) 100vw, 400px" style="padding: 0px; margin: 0px; outline: none; list-style: none; border-width: 0px; width: 620px; height: auto;" />

Qulağa soğan parçası qoymaq görün nələr edir

 

Bir çox yüngül xəstəliklərin müalicəsində təbii üsullar
sağlamlıq üçün ən yaxşı vasitələrdəndir. Təbii vasitələr sintetik vasitələrədən daha təhlükəsizdir. Həmçinin ucuz başa gəlir.
Soğan möcüzəli bir tərəvəzdir.

Öskürmə:
Agxeber.com brifinq.az-a istinaden xeber verir ki, Soğan suyu öskürək əleyhinə ən effektli siropdur. Ancaq qoxusuna və dadına görə bir çox insanlar soğan suyundan qaçırlar. Bu halda ən yaxşı üsul soğan parçasını qulağa qoymaqdır. Bununla həm arzuolunmaz hesab etdiyiniz daddan xilas olar, həm də xəstəlikdən qurtulmuş olarsınız.

Soğan suyu temperaturun aşağı düşməsinə də kömək edir:
Bu üsulu əsasən uşaqlara tətbiq etmək yaxşı olardı. Uşaqda temperatur qalxdıqda, soğan əzilib suyu üzüm ya alma sirkəsi ilə qatışdırılır. Sonra isə uşağın corabını bu məhlulla isladıb, ayağına geyindirmək lazımdır. 10- 15 dəqiqəyə istilik düşəcək.

Üşütmə:
Çox üşümüsünüzsə, çiy soğan yemək canınıza hərarət gətirəcək. Bir neçə saatdan sonra isindiyinizi hiss edəcəksiniz.
Qulaqda və başda ağrı:
Qulaq ağrısından xəbəri olanlar bilir, bunun necə ağrı olduğunu. Qulağın iltihabı zamanı soğan parçasının qulağa qoyulması yaxşı effekt verəcək. Başınızda miqren ağrısı varsa, bu üsulu axşam yatmazdan öncə etmək məsləhətdir. Axşamdan səhərə kimi soğan parçasının qulaqda saxlanılması məsləhətdir.

Qanı dayandırır:
Əlinizi kəsmisinizsə, kəsilən yerə soğan parçası qoyub bağlamaq qanı dayandıracaq.

Soğan çapıqları azaldır:
Soğanın köməkliyi ilə çapıqların ölçülərini kiçiltmək olar. Bunun üçün soğan suyu ilə davamlı olaraq çapıqları silmək lazımdır.

Soğan iltihabı sorur:
Bədəndən infeksiyanı çıxarmaq üçün soğandan məlhəm hazırlamaq olar:
Süd bişirilir içinə 1 dilim ağ çörək qoyulur.
Soğan rəndədən keçirilir çörəyin üzərinə tökülür.
Bunlar məlhəm olana kimi qarışdırırlır.
İnfeksiya düşmüş yerə yaxılır. Bağlanılır.
2-2.5 saat saxlanılır.
İnfeksiyadan qurtulana kimi bu proseduru davam etmək məsləhətdir.

Göynəmə ilə mübarizə:
Günəş yanğısı xoşa gələn hal deyil. Soğan suyu ilə isladılmış əskini 2 dəqiqəlik göynəmənin üzərinə qoyulması, yaxşı effekt verir. Sonra isə göynəyən yerin üzərinə yumurta ağı çəkmək həm ağrını sakitləşdirəcək, həm də çapıq qalmağa qoymayacaq

Arı sancması:
Sizi arı sancıbsa, həmin yeri sıxın, sonra üzərinə ağ soğan parçası qoyun. Bu ağrını azaladacaq , zəhəri məhv edəcək və dərini qıcıqlanmağa qoymayacaq.


OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...

Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyasına dair - AÇIQLAMA

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair açıqlama yayıb.   ...