Bu vərdiş insanları stressə salır - ARAŞDIRMA

Almaniyanın Duisburq-Essen Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırmada 900 yetkin iştirakçının internetdən istifadəsi araşdırılıb. İştirakçılar internetdən istifadə tezliyinə görə üç qrupa bölünüblər: patoloji, riskli və risksiz istifadə edənlər.
Sfera.az xəbər verir ki, araşdırmanın nəticələri göstərib ki, internetdən həddən artıq istifadə edən iştirakçıların əhval-ruhiyyəsi daha aşağı olur və onlar daha çox stress yaşayırlar.
Tədqiqatçılardan biri olan Silke M. Müller bildirib:
“İnternet istifadəçilərinin yalnız kiçik bir hissəsində patoloji səviyyədə internet istifadəsi müşahidə olunur. İnternetdən istifadə əyləncə və ya istirahət üçün faydalı ola bilər. Lakin idman etmək, təmiz hava almaq və dostlarla vaxt keçirmək kimi özümüzü yaxşı hiss etməyimizə kömək edən digər fəaliyyətlərə də laqeyd yanaşmamaq vacibdir”.
Müller qeyd edib ki, internetdən istifadənin bütün formaları mənfi nəticələrə səbəb olmur. Problemlər əsasən internetdən həddindən artıq istifadə zamanı ortaya çıxır.
İradə Elsevər






