Gənəgərçək yağı saç üçün həqiqətən faydalıdır?

Gənəgərçək yağı saç üçün həqiqətən faydalıdır?
Kateqoriya məlum deyil
T

Gənəgərçək (kastor) yağı uzun illərdir saç baxımında istifadə olunan təbii vasitələrdən biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, onun tərkibindəki bəzi maddələr saçın və baş dərisinin sağlamlığına müsbət təsir göstərə bilər.

Sfera.az xəbər verir ki, bu barədə Health.com elmi araşdırmalara istinadən məlumat yayıb.

Məlumata görə, gənəgərçək yağı Ricinus communis bitkisinin toxumlarından əldə edilir və iltihabəleyhinə, antibakterial xüsusiyyətləri ilə tanınır.

Saça hansı faydaları var?

Araşdırmalara əsasən, yağın əsas tərkib hissəsi olan risinolein turşusu güclü nəmləndirici təsir göstərir. Yağın tərkibindəki yağ turşuları saç follikullarına nüfuz edərək saç telini dərin qatlara qədər nəmləndirir. Bu isə saçın daha parlaq, yumşaq və sağlam görünməsinə kömək edə bilər.

Bundan əlavə, gənəgərçək yağının baş dərisindəki bəzi problemlərə, o cümlədən saç follikullarının iltihabı (follikulit) zamanı faydalı ola biləcəyi bildirilir. Elmi icmallar onun göbələk və bakteriyalara qarşı təsir göstərə biləcəyini, bunun da infeksiya və qıcıqlanma riskini azaltmağa kömək etdiyini göstərir.

Tədqiqatlar həmçinin risinolein turşusunun saç follikullarının kiçilməsinə səbəb olan müəyyən maddələrin təsirini zəiflədə biləcəyini göstərir. Bu isə saçın təbii böyümə dövrünün qorunmasına və tökülmənin azalmasına dəstək verə bilər.

İstifadə zamanı ehtiyatlı olmaq lazımdır

Mütəxəssislər xəbərdarlıq edirlər ki, gənəgərçək yağı bəzi insanlarda allergik reaksiya və ya kontakt dermatit yarada bilər. Bu zaman dəridə qaşınma, qızartı və qıcıqlanma müşahidə oluna bilər.

Bu səbəbdən yağı ilk dəfə istifadə etməzdən əvvəl az miqdarda biləyin iç hissəsinə çəkərək allergiya testi aparmaq tövsiyə olunur.

Mütəxəssislər vurğulayırlar ki, sağlam və gur saçlar üçün yalnız xarici qulluq kifayət etmir. Balanslı qidalanma, kifayət qədər zülal və amin turşularının qəbulu, eləcə də baş dərisinin müntəzəm masajı da saçın möhkəmlənməsinə və sağlam uzanmasına kömək edə bilər./demokrat

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR