Çox qəhvə içmək risklidir: ürək döyüntüsü, təzyiq...

Çox qəhvə içmək risklidir: ürək döyüntüsü, təzyiq...
Kateqoriya məlum deyil
T

Qəhvə gün ərzində enerjini artıran içkilərdən biri olsa da, onun normadan artıq istehlakı sağlamlıq üçün ciddi risklər yarada bilər.

Sfera.az xəbər verir ki, həddindən artıq qəhvə istehlakı ürək döyüntüsü, yuxu pozğunluğu və yüksək təzyiq kimi problemlərə səbəb ola bilər.

Qəhvənin əsas təsiri tərkibindəki kofeindən qaynaqlanır. Kofein beyində yorğunluq hissini yaradan reseptorları müvəqqəti olaraq bloklayır və insanın özünü daha ayıq, enerjili hiss etməsinə səbəb olur. Bununla belə, o, yorğunluğu aradan qaldırmır, sadəcə müəyyən müddətə gecikdirir.

Gün ərzində davamlı qəhvə içmək ehtiyacı isə əksər hallarda yuxusuzluq, xroniki stress, nizamsız qidalanma və ya ağır iş rejimi ilə əlaqəli olur. Bu baxımdan, qəhvəyə həddindən artıq ehtiyac bədənin verdiyi xəbərdarlıq siqnalı hesab edilir.

Sağlam yetkin şəxslər üçün gündə təxminən 400 mq kofein, yəni orta hesabla 3-4 fincan qəhvə təhlükəsiz sayılır. Bu həddin aşılması ürək döyüntüsünün sürətlənməsi, narahatlıq, mədə problemləri, qan təzyiqində dəyişikliklər və yuxu pozğunluqlarına səbəb ola bilər.

Həmçinin, günortadan sonra və axşam saatlarında qəhvə qəbulunun yuxunun keyfiyyətini aşağı saldığı, səhər saatlarında içilən qəhvənin isə ürək-damar sağlamlığı baxımından daha faydalı ola biləcəyi bildirilir.

İradə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR