Kəsilmiş qarpız almaq təhlükəlidir? – Həkimdən XƏBƏRDARLIQ

Kəsilmiş qarpız almaq təhlükəlidir? – Həkimdən XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
T

Yay mövsümündə qarpız alarkən diqqətli olmaq lazımdır. Həkim-terapevt və qastroenteroloq Aleksey Paramonov küçədə satılan kəsilmiş qarpızların sağlamlıq üçün ciddi risk yarada biləcəyini bildirib.

Sfera.az xəbər verir ki, həkimin sözlərinə görə, qarpız yalnız mağazalardan və ya rəsmi satış məntəqələrindən alınmalıdır. Meyvə bütöv olmalı, üzərində çat, əzik, kif və ya turş qoxu olmamalıdır.

Mütəxəssis vurğulayıb ki, qarpızı döyəclədikdə çıxan səs və ya qurumuş saplağı onun yetişdiyini göstərə bilər. Lakin bu əlamətlər qarpızın təhlükəsiz olduğunu və ya tərkibində nitratın olub-olmadığını müəyyən etmir.

Həkim qarpızı kəsməzdən əvvəl onu axar su altında fırça ilə yaxşıca yumağı, həmçinin əlləri, bıçağı və doğrama taxtasını təmizləməyi tövsiyə edib. Bu, qabıq üzərindəki bakteriyaların meyvənin iç hissəsinə keçməsinin qarşısını alır.

Onun sözlərinə görə, bütöv qarpız 1-2 həftə saxlanıla bilər. Kəsilmiş qarpız isə soyuducuda maksimum 2-3 gün, otaq temperaturunda isə 2 saatdan artıq qalmamalıdır.

Paramonov bildirib ki, supermarketlərdə satılan yarım qarpızlar yalnız gigiyenik şəraitdə kəsilib qablaşdırıldığı və +4°C-dən aşağı temperaturda saxlanıldığı halda təhlükəsiz hesab oluna bilər. Küçədə soyuducu və qablaşdırma olmadan satılan yarım və ya içindən üçbucaq hissə kəsilmiş qarpızların alınması isə xüsusilə uşaqlar, hamilə qadınlar, yaşlılar və immun sistemi zəif olan şəxslər üçün tövsiyə edilmir.

Həkim əlavə edib ki, qarpızda selik, turş qoxu və ya xarab olma əlamətləri hiss edilərsə, onu dadmadan atmaq lazımdır.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR