Bu bitki qaraciyəri piylənmədən qoruyur

Bu bitki qaraciyəri piylənmədən qoruyur
Kateqoriya məlum deyil
T

Alimlər çaytikanı yağının qaraciyərin piylənməsi xəstəliyinə qarşı müsbət təsir göstərə biləcəyini müəyyən ediblər.

Sfera.az bildirir ki, araşdırmanın nəticələri "Food & Function" elmi jurnalında dərc olunub.

Tədqiqatçılar bildiriblər ki, çaytikanının meyvə ətindən əldə edilən yağ orqanizmdə yağ mübadiləsini tənzimləyə, qaraciyərdə piy toplanmasını azalda və iltihabi prosesləri zəiflədə bilər.

Siçanlar üzərində aparılan təcrübələr zamanı məlum olub ki, çaytikanı yağı qanda şəkərin səviyyəsinə nəzarəti yaxşılaşdırıb, həmçinin qaraciyərdə təhlükəli proseslərdən biri olan fibrozun inkişafını ləngidib.

Alimlərin sözlərinə görə, çaytikanı yağı tərkibində olan palmitolein turşusu sayəsində qaraciyər hüceyrələrinə təsir edə bilər. Araşdırma zamanı bu yağın xroniki iltihabla əlaqəli bəzi bioloji prosesləri zəiflətdiyi və immun reaksiyaların balansını yaxşılaşdırdığı müşahidə olunub.

Mütəxəssislər hesab edirlər ki, çaytikanı yağı gələcəkdə qaraciyərin piylənməsinin qarşısının alınması və müalicəsi üçün yeni vasitələrin hazırlanmasında istifadə oluna bilər.

Qeyd: Araşdırma heyvanlar üzərində aparılıb. Çaytikanı yağının insanlarda qaraciyər xəstəliklərinin müalicəsində effektivliyini təsdiqləmək üçün əlavə klinik tədqiqatlara ehtiyac var.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR