Səhiyyə Nazirliyi texniki nasazlıqla bağlı məlumat yayıb

Səhiyyə Nazirliyi texniki nasazlıqla bağlı məlumat yayıb
Kateqoriya məlum deyil
T

Azərbaycan Səhiyyə Nazirliyi Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutunun informasiya sistemində baş vermiş müvəqqəti texniki nasazlıqla bağlı məlumat yayıb.

Sfera.az xəbər verir ki, nazirlikdən bildirilib ki, bu gün səhər saat 10:00-11:00 aralığında institutun rentgen xidmətini dəstəkləyən informasiya sistemində texniki problem yaranıb. Nəticədə rentgen müayinəsinə müraciət edən vətəndaşların qəbulunda müvəqqəti növbə yaranıb.

Qeyd olunub ki, nasazlıq qısa müddətdə aradan qaldırılıb və hazırda rentgen xidməti tam normal rejimdə fəaliyyətini davam etdirir.

Səhiyyə Nazirliyi yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyərək, göstərilən anlayış və səbrə görə təşəkkür edib.

PAYLAŞ