rentgen
Səhiyyə Nazirliyi texniki nasazlıqla bağlı məlumat yayıb
Azərbaycan Səhiyyə Nazirliyi Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutunun informasiya sistemində baş vermiş müvəqqəti texniki nasazlıqla bağlı məlumat yayıb. Sfera.az xəbər verir ki, nazirlikdən bildirilib ki, bu gün səhər saat 10:00-11:00 aralığında institutun rentgen xidmətini dəstəkləyən informasiya sistemində texniki problem yaranıb. Nəticədə rentgen müayinəsinə müraciət edən vətəndaşların qəbulunda müvəqqəti növbə yaranıb. Qeyd olunub ki, nasazlıq qısa müddətdə aradan qaldırılıb
Sağlıq14.07.2026 21:50

