Uşaqlarda qısa boy və böyümə geriliyi: Fərqlər nələrdir?

Mütəxəssislər bildirirlər ki, qısa boy və böyümə geriliyi əlaqəli olsa da, tibbi baxımdan fərqlidir. Qısa boy uşağın müəyyən bir vaxtda boy ölçüsünü göstərir, böyümə geriliyi isə illik böyümə sürətinin normadan aşağı olması ilə müəyyən edilir.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, Ege Universiteti Tibb Fakültəsi, Uşaq Endokrinologiyası və Diabet kafedrasının müəllimi, prof. dr. Samim Özen bildirib ki, qısa boy uşağın boyu üçüncü persentildən və ya 2 standart sapmadan aşağı düşdükdə müəyyən edilir.
Lakin uşağın boyu normal olsa da, böyümə sürəti yavaşlayırsa böyümə çatışmazlığı mövcud ola bilər.
Böyümə sürəti ən vacib göstəricidir
Uşağın illik böyümə sürəti sağlamlıq göstəricisi olaraq böyük əhəmiyyət daşıyır. Yüngül qısa boylu uşaqların 80%-i tam sağlam hesab olunur. Lakin böyümə sürəti aşağıdırsa və ya digər simptomlar (tiroid problemləri, böyümə hormonu çatışmazlığı, xroniki xəstəliklər və s.) müşahidə olunursa bu xəstəlik əlaməti sayılır.
Normal illik böyümə sürətləri:
0–1 yaş: təxminən 25 sm
1–2 yaş: 10–12 sm
2–4 yaş: 6–8 sm
4 yaşdan yeniyetməliyə qədər: orta hesabla 5–6 sm
Patoloji böyümə sürəti göstəriciləri:
4 yaşa qədər ildə 7 sm-dən az
4–6 yaş arasında ildə 6 sm-dən az
6 yaşdan yeniyetməliyə qədər ildə 4,5 sm-dən az
Nəzərə çatdırırıq ki, valideynlər uşağın boy ölçülərində gözləniləndən geri qalma və ya böyümə sürətinin yavaşlamasını müşahidə etdikdə dərhal həkimə müraciət etməlidirlər.
Mənsumə
Sfera.az
