Semiramis Pekkan xərçənglə mübarizə aparır - FOTO

Semiramis Pekkan xərçənglə mübarizə aparır - FOTO
Kateqoriya məlum deyil
T

Türk musiqisinin məşhur simalarından olan Ajda Pekkanın bacısı, sənətçi Semiramis Pekkan sosial mediada paylaşdığı video ilə yaşadığı çətin prosesi ictimaiyyətlə bölüşüb.


Sfera.az türk mediasına istinadən xəbər verir ki, sənətçi axşam saatlarında Tina adlı iti ilə birlikdə tualetə gedərkən metal əşyaya dəyib yıxıldığını bildirib.

 

Ciddi sınıq olmasa da, təxminən 10 gün sonra hərtərəfli tibbi müayinədən keçmək qərarı verib. Məhz bu müayinələr zamanı həkimlər onun ağciyərində şiş aşkar ediblər. Diaqnozdan sonra Pekkanın sol ağciyərinin alt payının çıxarılması zəruri olub. 


Erkən diaqnozun həyatını xilas etdiyini deyən sənətçi bildirib:

 

“Əgər bu yıxılma baş verməsəydi, çox gec ola bilərdi”.

 

Müalicə prosesi zamanı saçlarını itirən Pekkan parik istifadə etdiyini və bütün çətinliklərə baxmayaraq əhval-ruhiyyəsini yüksək saxladığını vurğulayıb. O, pərəstişkarlarını mütəmadi sağlamlıq müayinələrini laqeyd yanaşmamağa çağırıb. Ağciyər xərçəngi ilə mübarizəsini davam etdirən sənətçi bu yaxınlarda YouTube kanalında da çıxış edib. O bildirib ki, xərçəng diaqnozu qoyulduqdan sonra xəstəxana tərəfindən psixoloji dəstək üçün həkimə yönləndirilib. 


Sənətçi hazırda müalicəsini davam etdirir və müsbət düşüncənin sağalma prosesində mühüm rol oynadığını vurğulayıb.


Fidan Hacızadə
Sfera.az

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
PAYLAŞ