Həkim abortun fəsadlarını AÇIQLADI: "Cərrahi müdaxilə olduğundan..."

Həkim abortun fəsadlarını AÇIQLADI: "Cərrahi müdaxilə olduğundan..."

Son zamanlar abortlara müraciət edənlərin sayında artım müşahidə olunur. Bəzi qadınlar hamiləlik dövrünə hələ hazır olmadıqlarını bildirirlər. Nəticədə bu üsula əl atsalar da, fəsadlarını sonradan görürlər.

 

Bəs arzuolunmaz hamiləliyin baş verməməsi üçün nələr edilməlidir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən həkim mama-ginekoloq Zərxanım Məmmədova deyib ki, abort orqanizmə ciddi ziyan vurur. 

 

“Bundan başqa, abort cərrahi müdaxilə olduğundan, hər bir cərrahi əməliyyata xas olan müvafiq riskləri var.  Arzuolunmaz hamiləlikdən qorunmanın isə bir çox yolları mövcuddur. Bu, hər bir cütlük üçün fərdi qaydada seçilir. Buraya uşaqlıqdaxili, hormonal, baryer, fizioloji (təbii), cərrahi sterilizasiya, təcili qorunma kimi hamiləlikdən qorunma üsulları daxildir. Uşaqlıqdaxili vasitə (UDV, spiral) - hamiləlikdən qorunma məqsədilə uşaqlığa yerləşdirilən kiçik qurğudur. Buraya adi və hormonal spirallar daxildir. Metodun təsir mexanizmi ondan ibarətdir ki, mayalanmış hüceyrənin implantasiyasının qarşısı alınır. UDV uşaqlıq borusu hamiləliyinin qarşısını almır. Hormonal tərkibli spirallar isə uşaqlığın selikli qişasını atrofiya etdiyi üçün onun effektivliyi daha yüksəkdir”.

 

Mütəxəssis bildirdi ki, arzuolunmaz hamiləlikdən qorunmağın daha bir yolu kombinə edilən oral kontraseptivlərdir:

 

“Onlar ovulyasiyanın yaranmasının qarşısını alır, uşaqlıq borularının yığılmalarını ləngidir. Hamiləliyin qarşısının alınmasının təbii üsulları da mövcuddur. Buraya təqvim üsulu, servikal üsul, yarımçıq cinsi akt aiddir. Lakin bunlar effektiv vasitələr hesab olunmur. Kontrasepsiya (arzuolunmaz hamiləliyin baş verməsinin qarşısının alınması üsulu) arzuolunmaz hamiləlikdən qorunmanı təmin edir və hamiləliyin baş verməsinin müxtəlif üsullarla qarşısını alır. Xanımlara tövsiyə edərdim ki, uyğun kontrasepsiya üsulunun seçilməsi üçün mütləq ginekoloqla müzakirə edib, bərabər qərar versinlər”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

13 yaşlı Məhəmmədəli futbolçu imiş - VİDEO

Məlum olduğu kimi, ötən gün Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların arasında 13 yaşlı Məhəmmədəli Eqanov da var....

Xaricdəki Azərbaycan Evlərində xatirə guşələri yaradılıb - FOTOLAR

Xaricdəki Azərbaycan Evlərində “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həy...

"Trampın Panama kanalına iddiası Çini də narahat edir, çünki..." - ŞƏRH

Ərazi iddiaları yenə gündəmdədir. Bu dəfə müxtəlif dövlətlərə qarşı ərazi iddiasında rolunda çıxış edən Amerika Birləşmiş Ştatlarıdır. Belə ki, Donald Tramp fot...

Sumqayıtda qaz olmayacaq

Sumqayıt şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə görüləcək təmir-quraşdırma işləri ilə bağlı 27.12.2024-cü il tarixində saat 09:00-dan etibarən i...

Ağdamda tikilinin damında kişi meyiti tapıldı

Ağdam rayonunun Quzanlı qəsəbəsində tikilinin dam örtüyünün üzərindəki kişi meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar ...

"ABŞ Azərbaycana hər hansı yardım göstərməyə hazırdır" - Səfir

ABŞ səfiri Mark Libbi təyyarə qəzası ilə əlaqədar Azərbaycana qarşıdakı çətin günlərdə lazım ola biləcək hər hansı yardımı göstərməyə hazır olduqlarını bildirib...