Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR

Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR

A qan qrupuna aid olan insanların insult keçirmə ehtimalı digər qan qruplarına nisbətən 16 faiz daha çoxdur.

 

Sfera.az xəbər verir ki, bu barədə ABŞ alimləri araşdırma aparıblar. Araşdırma zamanı 600 minə yaxın insanı əhatə edən 48 genetik tədqiqatın məlumatları təhlil edilib. Tədqiqat iştirakçılarının yaş həddi 18-59 arasında olub.

 

Nəticələrə görə, A qrupundan olan insanların insult keçirmə riski daha yüksəkdir. B qan qrupu olan insanların isə insult keçirmə riski digər qan qruplarına nisbətən 11 faiz çoxdur.

 

Qeyd edək ki, ABŞ-də hər il təxminən 800 min insult faktı qeydə alınır və bu halların əksəriyyəti 65 yaşdan yuxarı insanlarda olur. 55 yaşdan sonra insult riski hər on ildə iki dəfə artır.

 

Tədqiqatın nəticələri, xüsusilə gənc yaşlarda meydana gələn insultların yaşlılarla müqayisədə başqa problemlərdən yarana biləcəyini ortaya qoyub.Gənc fərdlərdə insult hallarının damarlarda yağ yığılması ilə deyil, laxtalanma ilə əlaqəli olduğu qeyd edilib.

 

Bu araşdırma bir daha göstərir ki, A qan qrupu olan insanlarda, xüsusilə gənc yaşlarda insult riski daha yüksəkdir.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...