Kollagen haqqında məşhur mif dağıdılıb - Yeni TƏDQİQAT


Kollagen haqqında məşhur mif dağıdılıb - Yeni TƏDQİQAT

Müntəzəm zülal əlavələri kollagen qədər effektiv şəkildə qırışların qarşısını ala bilər.

Sfera.az xəbər verir ki, bu barədə Daily Mail-ə Lancaster Universitetindən biogerontoloq (qocalma biologiyası üzrə tədqiqatçı) doktor Devid Klans məlumat verib.

Alim izah edib ki, kollagen orqanizmdə dərinin, qığırdaqların və sümüklərin elastikliyinə töhfə verən mühüm struktur zülaldır. Bədəndəki bu zülalın səviyyəsi yaşla birlikdə azalır, buna görə də bir çox insan gənc toxumanı qorumaq üçün əlavələr qəbul edir.
 

Bəzi erkən araşdırmalar göstərib ki, kollagen həqiqətən dərinin elastikliyini və nəmlənməsini yaxşılaşdırmağa kömək edir və bəlkə də dırnaqları və saçları gücləndirir. Lakin Klansın fikrincə, belə təcrübələrin nəticələri qeyri-dəqiq ola bilər. Fakt budur ki, kollagenin qəbulunun təsirinin digər zülal əlavələri ilə müqayisə ediləcəyi heç bir araşdırma hələ aparılmayıb. Adi zülalın oxşar faydalı xüsusiyyətlərə malik olması ehtimalı yüksəkdir.
 

Biogerontoloq əlavə edib ki, qırışların qarşısını almaq üçün dəri kremindən istifadə etmək daha asan və daha ucuz olar. Onun istifadəsi kollagen əlavələrinə bənzər effekt verəcək və büdcəyə ziyan “vurmayacaq”.

İnci
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik

Meşələrin qırılması və ekosistemlərin deqradasiyasına qarşı siyasəti gücləndirməliyik.   Sfera.az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvət...

“Baydenə görə münaqişədə yeni gərginlik yaranıb” - Kreml

“Amerika lideri Co Baydenin hakimiyyətdən gedən administrasiyasının qərarları ilə əlaqədar Ukraynada münaqişədə yeni gərginlik yaranıb”.   ...

Azərbaycana idxal edilən avtomobillər BAHALAŞDI - YENİ RƏQƏMLƏR

Bu il Azərbaycana idxal edilən avtomobillərin sayı azalsa da, idxala çəkilən xərc artıb.   Sfera.az gömrük məlumatlarına istinadən xəbər verir ...

Əhalinin NƏZƏRİNƏ: Median pensiya 400 manatdan çox olacaq

“Növbəti ildə median pensiyanı 400 manatın üzərində gözləyirik".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin iki komitəsinin ...

Zelenskidən Trampa TƏKLİF: "Bu əraziləri geri qaytarsaq..."

Ukrayna Prezidenti Volodimir Zelenskinin yeni planı ortaya çıxıb.   Sfera.az bildirir ki, bu barədə Polşanın “Portal Obronny” nəşri yazıb...

ABB-nin on minlərlə müştərisi YAŞAT Fonduna ianə etdi

ABB-nin “Faydalı keşbek” loyallıq proqramı üzrə 1-15 noyabr tarixləri arasında elan etdiyi kampaniya böyük maraqla qarşılanıb. Bankın kampaniya çərç...